Söz olar


             Söz olar

Açıq qaş-qabağın gahdan tutular,
Gahdan da görərsən saz olar, könül
Fikir düyün düşər, ağıl kəm olar,
Məhəbbət çeşməsi sozalar, könül.

Yaxşı sözün yaman dəyər yara da,
Göz-göz olar sinədəki yara da.
Yaradanın səni bir yarada,
Görəsən səhvlər düzəlir, könül.

Cavanlığın gül tacını itirər,
Çərxi gərdiş ülgücünü itilər.
Göz nurunu, qol gücünü itirər,
Dizinin taqəti azalar könül.

Sərt küləklər pəncərəni döysə ,
Zaman səni kaman kimi əysə ,
Əvəz deyir, ağzın yerə dəysə ,
Yardən ayrı gəzmə, söz olar, könül.

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri