Saxla


              Saxla

Təvəqqə edirəm mən səndən, oğul,
Evdə yaxşı yeri qonağa saxla.
Bağında yetişən şirin meyvəli,
Tər-təzə nübarı qonağa saxla.

Üstündə gülləri al, bənövşəyi,
Qatı açılmamış yorğan-döşəyi,
Möçamlı toğlunu, semçə şişşəyi,
Bir etibarı qonağa saxla.

Əvəzin sözündən olma bədgüman,
Xəcalət çəkəndə sarsılar insan.
Üzmə ehtiyatı üzmə heç zaman,
Bərəkəti qoru qonağa saxla.


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal