Yadında varmı


Yadında varmı

Çoxdandır getmirəm o dağlara mən,
Ovçunun bərəsi yadında varmı?
Ayağı xınalı, dili nəğməli,
Kəkliyin fərəsi yadında varmı?

qədər şirindir uşaqlıq çağı,
Dolanıb gəzərdik dərəni, dağı.
Eymənin qatığı, nehrənin yağı,
Qoyunun kərəsi yadında varmı.

Yadımdan çıxmayır dağların adı,
Qalıb damağımda yarpızın dadı,
Sinəmdə közərir bir həsrət odu,
Ağdüzün təpəsi yadında varmı.

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal