Сообщения

Сообщения за июль, 2018

Gözəl davranış insana həmişə təzə zinətdir

Gözəl davranış insana həmişə təzə zinətdir Dünyaya sığmayan insan Vətənə sığar deyiblər . Çünki Vətən Göylüyün , yəni Əzəliliyin , Əbədiliyin , Sonsuzluğun , Kamilliyin ifadəsidir . Vətən anadır . Dünyaya sığmayan bir dünya ananın əl boyda qəlbinə sığır . Ona görə də Vətən dünyadan böyükdür , artıqdır . Əlimizdən tutub bizi talelərdən keçirir ana Vətən , qeyrət ucalığından itirdiklərimizə baxmağa məcbur edir bizi . Dağ ucalığından görünən , ürəyimizi riqqətə gətirən mənzərələrə tamaşa edəndə nələr itirdiyimizi dərk edirik . Mənəvi dəyərlərimizi qoruyub saxlamağı , onu cilalamağı , gələcək nəsillərə olduğu kimi çatdırmağı pıçıldayır bizə Vətən . Xalqın milli sərvəti olan milli musiqimizi , milli adət - ənənələrimizi , milliliyimizi yad ünsürlərdən təmizləməyi tövsiyyə edir bizə Vətən . Milli musiqimizi cılızlaşdırmağa can atanlara , mədəniyyətimizi ucuzlaşdıranlara , adət - ənənələrimizi unudanl