Yaxşıdır


               Yaxşıdır


Atalar demişkən, bivec qohumdan,
Qədirbilən yaxın qonşu yaxşıdır.
Bəd övladın, natarazın yerinə,
Çölün-düzün qara daşı yaxşıdır.

Düşmənin zərbəsi dəyər kürəyə,
Acı söz ox kimi batar ürəyə.
Yayın qızmarında sərinləməyə,
Çıxa bilsən dağın döşü yaxşıdır.

Sən tələsmə,hər bulaqdan içməyə,
Çırmanma da Dəliçaydan keçməyə.
Gözün tutan tər güllərdən seçməyə,
«Qılıncyalın»qılınc qaşı yaxşıdır.

Bu dünyanın eniş,yoxuş,düzü çox
Yurdumuzun oğlanından qızı çox.
«Qoruqyalda»ceyran,cüyür,quzu çox,
Oxşamağa Tovuzquşu yaxşıdır.

Koroğlu Həmzəyə qəlbən inandı,
Kərəm Əslinin oduna yandı.
İlana güvənmə,ilan ilandı,
Vaxtında əzilsə başı yaxşıdır.

Vətən üçün dodoqları çatlayan,
Qərib-qürbət eldə Əvəz,çatla,yan.
Olammadın yağı dizi qatlayan,
Vallah səndən qanqallbaşı yaxşıdır.
                                                          
                                                                          13.10.2004


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri