Yaz yağışı.
Yaz yağışı.
Otlar
yenə taxıb şeh sırğasını.
Yenə
hürkək-hürkək boylanır çiçək.
Qışın
tufanını, qasırğasını,
Qatıb
qabağına qovlayır külək.
Yağdıqca
ağ yağış, yuyunur cəmən,
Yaşıl
don geyinir yazda dağ, dərə.
Darayır
saçını nərgiz, yasəmən,
Göylərin
göz yaşı can verir yerə.
Aramla
açılır bağçada güllər,
Daşların
dibində dincəlir böcək.
Yır-yığış
eyləyir qızlar, gəlinlər,
Bahar
yurdumuza qonaq gələcək.
Qovsi-qüzehə
bax, bəzənib əlvan,
Alqış,
təbiətin hüsnünə alqış.
Dağılır
çən-duman, görünür hər yan,
Kəsilir
mil kimi millənən yağış.
Qızılsaçlı
günəş telini tökür,
Zanbaqlar,
lalələr nura boyanır.
Kəklik
qaqqıldayır, bildirçin səkir,
Xallı
kəpənəyin qanadı yanır.
Bu
dəmdə sinəmdə telli saz dinə,
Vallah
gözəllikdən doymayır gözüm.
Şükür
bu taleyə, şükür bu günə,
Yazmaqla,
deməklə qurtarmır sözüm.
Комментарии
Отправить комментарий