Tarixi saxtalaşdırmaq olmaz
Tarixi saxtalaşdırmaq
olmaz
XX əsrin əvvəllərində, ondan qabaqkı yüz illiklərdə də Azərbaycanın ictimai-siyasi həyatı ziddiyətlər, münaqişələr, sosial gərginliklərlə zəngindir. Belə ziddiyyətlər həmişə millətlərarası daha dəqiq desək ermənilərlə-türklərin münasibətlərini daha da kəskinləşdirib. Uzun illər sovet ideologiyası biz azərbaycanlıların beynini elə «zəhərləmişdi»ki, biz ermənilərlə özümüzə fərq qoymurduq. «Can deyib, can eşidirdik». Mahnılar səsləndirirdik. «Qardaş olub Haystan, Azərbaycan» deyirdik. Ermənilər hansı addımı atırdısa biz də onu qəbul edir, alqışlayırdıq. 1965-ci il! Məni bu gün də ciddi düşündürür! Sisiyan rayonunda 1963-cü ildən sonra vəziyyət gərginləşirdi. Səbəb bu idi ki, Xruşşovun Ermənistana səfəri, Mikoyanın Sisiyan rayonunun fəalları ilə görüşü və işlətdiyi milli ifadələr erməniləri azğınlaşdırdı.
Yadımdadır. Mikoyan A.İ tribunada çıxış edirdi. Çıxışın sonunda bir qadın iki şagird qızla ona yaxınlaşdı, gül dəstələri təqdim etdilər. Mikoyan qadına belə bir sualla müraciət etdi:
-Neçə uşağın var? (Kani yeraxa unes?)
-5 uşağım var. (Hink yeraxa unem.)
-Çox azdır, erməni millətini çoxaltmaq lazımdır. (Şad kiça, betka hayğocovarttı avelaçneq)
Artıq 1965-ci ilə qədər xeyli işlər gördülər ermənilər. Mikayanın təkidi və tələbi ilə Sisiyanbaza Naxçıvandan çıxarıldı, Arazdəyənə salındı. Məsafə üç dəfə çox oldu. Yəni 100 km məsafə 300 km məsafə ilə əvəz edildi. Mikoyan demişdi «Tikinti materialları aparan maşınlar ancaq erməni kəndlərindən keçməlidir».
1965-ci ildə rayonda qəlbi təpələrin görkəmli yerlərində «50» rəqəmi yazılırdı. Həmin «50»dən birini də mən kəndimizin qənşərində olan «Qalayerinin» qərb tərəfində çimi kəsərək düzəltdim. Başa düşən də, düşməyən də maraqlanmırdı, bu nə «50»dir. Sən demə 1915-1965-ci ili göstərirmiş. Artıq 1965-ci ilin aprel ayının əvvəlindən başlayaraq dığalar şuluqluq salır, azərbaycanlı görən kimi «tork» deyib nalayiq sözlərlə təhqir edirdilər.
Heç yadımdan çıxmır. 1965-ci ilin aprel ayının 24-də rayonun mərkəzində xuliqan dığalar yeyib içirlər. Onlar sözləşirlər ki, minirik maşina, gedirik «tork» kəndlərinə qabağımıza çıxanı məhv edirik. Belə də edirlər. Onlar qaz-51 markalı maşına minib gəlirlər Ağdü kəndinə. Kolxozçular kəndin girəcəyində tənbəki şitili becərirdilər. Dığalardan biri səs eşidən kimi sevinərək özünü maşından atır və başı asvalta dəyir gəbərir.
Ermənilər 95 ildir ki, döymədikləri qapı qalmayıb. Onlar 1915-ci ildə baş verənlərin hamısını ermənilərin xeyrinə yönəldərək «Soyqrım» məsələsini ortaya atıblar. Həmin tarixi faktlara, tədqiqatçı alimlərin yazdıqlarına nəzər salaq.
Amerikalı tarixçi Stenford C.Şounin yazdığı təhlildən
«1914-cü ilin yazı idi. Birinci dünya müharibəsi başlamışdı. Müharibənin getdiyi vaxt Türkiyənin düşdüyü ağır vəziyyətdən istifadə edən ermənilər müsəlmanları Anadoluda kütləvi şəkildə qəddarcasına qətlə yetirdilər. Milyondan çox türk kəndlisi ev-eşiyini qoyub hara gəldi qaçırdı. Minlərlə türkü ermənilər tikə-tikə doğramışdı.»
Rus tədqiqatçısı Y.Malevlinin «1915-ci il erməni faciəsi» kitabından: «Ermənilər tərəfindən planlı surətdə məhv edilən dinc müsəlman əhalisinin sayı təxminən 1 milyon 600 mini keçmişdi».
Türkiyədə bu qırğınları öz gözləri ilə görən rus diplomatı, general Q. Mayevski yazır: «O illərin bütün qanlı hadisələri erməni quldur dəstələri tərəfindən törədilir və həyata keçirilirdi.»
Fransız tədqiqatçısı Rafael de Noqales yazır:
«Ölənlər arasında qadınlar və uşaqlar əksəriyyət təşkil edirdi. İş burasındadır ki, dinc müsəlmanları qətlə yetirənlərin, kəndləri yandıranların rəhbərlərindən biri Osmanlı Assambleyasının deputatı daşnak partiyasının üzvü Qaragen Pasdermasan idi. Hər yerdə Daşnaksütyun ölüm hökümləri həyata keçirirdi.
Amerikalı K. Usserin təsdiqlənmiş hesabatından:
«Ermənilər türk kişilərini yandırıraq öldürür, qadınlara təcavüz edirdilər».
Luisvill Universitetinin professoru Jüsten Makkarti yazır: «Ermənilər Anadoluda 2,5 milyon türkü qətlə yetirdilər.
Oksford Universitetinin professoru, tarixçi alim Norman Stone yazır:
Ermənilər tərəfindən ortaya qoyulan və guya onların qətlə yetirildiklərini sübut edən sənədlər saxtadır. Ermənilər özlərinə dövlət qurmaq üçün cəhd edirlər. Bunun üçün üsyan qaldıraraq bölgədə türklərə qarşı etnik təmizləmə hərəkatına baş vururlar. Amma bu onlara uğur gətirmir, türklər təhlükəsizliklərinin təmin olunması məqsədi ilə onları köçürməyə məcbur olur. Mən buna haqq qazandırıram».
Bütün bu deyilən tarixi faktlara, sübutlara baxmadan ABŞ konqresmenlərinin bu məsələdə bir tərəfli hərəkət etmələri təəssüf doğurur. Yalan ayaq tutar, lakin yeriməz. Tarixi gizlətmək olmaz! 24 aprel Soyqırım günü ermənilərə baş ucalığı gətirməyəcək, əksinə onların yalançı, şər, əlləm-qəlləm millət olduğunu dünyaya tanıtdıracaq.
Əvəz Mahmud
Lələdağ
Комментарии
Отправить комментарий