Qızım


Qızım
                                             Nəvəm Gülnara

Baxdım şəkillərə, doyunca baxdım,
Allah qüvvət versin qoluna, qızım.
Fırçandan süzülən gül-çiçək olsun
Daş-kəsək düşməsin yoluna, qızım.

Əzəldən belədir insan xilqətdən,
Ürəyi daş olur, bədəni ətdən.
Gərək zövq alasan hər an zəhmətdən,
Girəsən əməyin qoluna, qızım.

Açılmaz düyünlər hələ öndədir,
Bacaran əlində de, düyün nədir.
Axtar, şah əsərlər ürəyindədir,
Yaxşı bax sağına, soluna, qızım.

Sənətin sirrini öyrən Səttardan,
Qoru gülşənini borandan, qardan!
Babanı qurtardın bir intizardan,
Sən yandın Əvəzin halına, qızım.


27.01.2011

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri