Hanı


Hanı

Gözlərim yoldadı, qulağım səsdə,
Mənim tək Vətəndən nigaran hanı?
Dərdimin üstünə gündə dərd gəlir,
Məni bu möhnətdən qurtaran hanı?

Bezmişəm inləyən qaboy səsindən,
Elin kədərindən, elin yasından,
Qulağım batıbdı top nərəsindən,
Kefimi, halımı bir soran hanı?

Allah, qalacaqmı bu sitəm yerdə,
Artıq dözəmmirəm dözülməz dərdə.
Gözümə dəyməyir bu həndəvərdə,
Gəzib-dolandığım dağ-aran hanı?

Əvəzin bəxtində bu düyün nədir
Hər şey açıq-aydın göz önündədir.
Özümdən törəyən özümü didir,
Arxamda dağ kimi bir duran hanı?

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri