Sinə-sinə


Sinə-sinə

Bir maral dayanıb Əyrigədikdə,
Elə bil yağıbdı qar sinəsinə.
Zalım ovçu onu alıb nişana,
Tuşlayıb oxunu qar sinəsinə.

Könlüm istər ovla ovçu barışa,
İnsan oğlu gözəlliklə yarışa,
Maraldakı duruşa bax, duruşa,
Çıxıb topuğuna qar sinə-sinə.

Əndam gözəl, bədən gözəl, üz gözəl,
Gəl bağımdan tər çiçəklər üz gözəl.
Eşqin gölü şəfalıdır üz gözəl,
Əvəz baxsın yarınqar sinəsinə.


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal