Vətən oğlu
Vətən oğlu Xalq şairi Məmməd Araz
Yenə də şər
qarışdı, yenə də
axşam oldu,
Yenə çıraqlar yandı,
vədə çatdı,
şam oldu.
Hamı çəkildi getdi, evinə, eşiyinə,
Quşlar öz yuvasına, körpələr beşiyinə.
Mən qara günlü
qaldım, dörd divar
arasında,
Bir sızıltı başladı
sinəmin yarasında.
Qara günlü olmuşam
doğulduğum ilk gündən,
Qəlbim
azad olmayıb heç
vaxt dağdan,
düyündən
Öz içimdə
çəkmişəm dağdan ağır dərdimi,
Heç zaman
görməmişəm sakit, fağır dərdimi.
Nizə kimi
sancılıb ağrılar ürəyimə,
Nadanlar zəhər qatıb
duzuma, çörəyimə.
Qara sədlər
çəkilib arzuma,
istəyimə,
Amma mətin
olmuşam tərs sözə, tərs deyimə.
Dolu kimi
yağıbdı şər-şəbədə üstümə,
Qəddarlar,
qan içənlər hey
durubdu qəsdimə.
Arzuların içindən arzumu
oğrayıblar,
İlan dili
böhtanlar içimi doğrayıblar.
Bax beləcə
sərt keçib mənim
gecəm, gündüzüm,
Fəqət bir
an düşməyib kəsərindən haqq sözüm.
* * *
Təsəllimi buluddan,
əsən yeldən alıram,
Dağların havasını yenə eldən
alıram.
Düzülüb karvan-karvan, düzülüb qatar-qatar,
Hara düşüb
yolunuz, buludlar,
ay buludlar?
Mən də
sizə qoşulub o
dağlardan aşaydım,
O
kimsəsiz yurdları yenidən dolaşaydım.
Qırçın-qırçın cığırla çıxaydım «Ağbulağa»,
Bir doyunca
baxaydım «İşıqlıya»,
«Çaldağa».
Baxaydım
«Elyoluna», baxaydım
«Alıçaya»,
Dərdimi,
azarımı sıxaydım
«Dəliçaya».
Yenə gedib
keçəydim «Göyərçinli»
dərədən
Yenə çaşır
yığaydım bizim «Əyribərədən».
«Göyuçuqdan»
adlayıb «Ağyalla»
görüşəydim,
«Mırıqda»
nəfəs dərib,
«Çəkməliyə» düşəydim.
Görəydim
«Çömçəbulaq», zümzüməylə axrımı,
«Ağdüzün»
ağ günü tək
qarçiçəyi çıxırmı?
«Çuxurbağa»
boylanıb «Əzgənliyə»
enəydim,
«Gurbulaqdan»
su içib ata
yurda dönəydim.
Əyiləydim,
öpəydim hisli ocaq
daşını,
Axtaraydım,
tapaydım köhnə bıçaq daşını.
«Lalayurddan»
adlayıb «Arxaşana»
aşaydım,
«Salvartı»
yaylağına şirin nəğmə qoşaydım.
Kəhər atın
belində «Buzovyala»
çıxaydım,
Əlimi günlük
edib «Çınqıllıya»
baxaydım.
«Qızılboğaz»
yaylağı yaylaqların başıdı,
koroğlunun qılıncı
«Qılıncyalın» qaşıdı.
«Əyriqarda»
qar qalar bu
ildən gələn ilə,
«Əriməzin»
buz dağı əriyər
gilə-gilə.
«Niyazdüşən»,
«Kəndyeri», bu da «Maraldərəsi»,
«Yalyurdda»
qaqqıldaşır kəkliklərin fərəsi.
«Balabəyçuxurundan» «Kankanı» soruşaydım,
Çıxıb
«Qorqudüzünə» güllərə qarışaydım.
Bu da «Pəriçınqılı», o
da «Muradtəpəsi»,
Bu da «Xanlartaxtası», o
da «Qafandərəsi».
Heyif!
«Qısxançlıçuxur», «Qarnıyarıq»,
«Topağac»,
Gündüzü cənnət
idi, aylı
gecəsi-merac.
«Qaragüney»,
«Suluyer», «Aşağı,
Ortac ada»,
«Qaraqumsal»,
«Daşdibi» qismət oldu
xoryada.
«Dostalı»
dərəsi də yaddan çıxmaz heç zaman
«Sacgahası», «Dəlikdaş», «Palantökən», «İtuçan».
«Məmmədalı» gölündən qızıl balıq tutaydım,
«Ağtəpə»nin döşündə bir
gur ocaq çataydım.
«Arpa»,
«Buğdatəpəsi» hər təpədən
ucadır,
Vallah,
«Asvar» kahası qocalardan
qocadı.
«Beşgünlükdə»
beşcə gün dəryazla
ot çalaydım,
«Maldaşdan»
«Mirəhmədə» hamar cığır
salaydım.
«Qaraçınqıl»,
«Çiçəkli», dərə quzey, dağ güney,
İndi qəribsəyibdi «Daşlıkaha», «Ağgüney».
«Gödəkdərə»dən keçib
«Beşbulaq»a
çataydım,
Yanğımı sərinlədib «Sudaşı»nda yataydım.
«Surçaqdaş»da sürüşüb
«Şırran»da bənd
alaydım,
Yol üstü «Ağqaya»dan bir
kəllə qənd alaydım.
«Tərxannovu»,
«Sarıyer», sizdən əlim
üzülüb,
Dərd,
kədər muncuq kimi
sinəm üstə düzülüb.
Darıxırmı görəsən
«Yastıtəpə», Yastıyal»,
El yolu
gözləyirmi «Qoruqyal»ın dostu yal.
Ay
«Çobanəlləməsi», dünya yaman
dağıldı,
Ötüb keçən
çağlarım elə bil ki, nağıldı.
Görən
«Hasar» məhləsi,
məhlə kimi qalırmı,
Payızı qarşılayıb
qışı yola salırmı?
«Yellicə»,
«Zoğallıbağ» taleyin hökmünə
bax,
Qərib-qərib çağlayır,
«Əlmərdan», «Arzubulaq».
«Qoşadaş»,
«Qoşakaha», necə dözür
bu aha,
Məni yurddan
edəni tapşırıram Allaha.
«Zorzorun»
gur suyundan çırmanaydım,
keçəydim,
Qalxaydım
«Haçalıya», qar suyundan
içəydim.
Çiçək üstə, gül üstə,
inləyən bülbülə bax,
Qibləm
«İşıqlıdağ»dı,
səcdəgahım «Lələdağ»!
*****
«Üçtəpə»,
dağım təpə,
yaşıl yaylağım təpə,
Bir sağalmaz
dərd olub sənsizli
çağım, təpə.
«Göbəkdaş»
xanım daşım,
bəlalar çəkdi başım,
Səndən ayrı
düşəli selə dönüb
göz yaşım.
«Yantəpə»,
«Yanıqtəpə» ürəyi sınıq
təpə,
Görən indi
necədi, «Qanqallı»,
«Qoruqtəpə?»
«Qızılqaya»,
«Salqaya», «Çopurqaya»,
«Balqaya»,
Xeyli vaxtdır
alıblar «Qoşundaş»ı halqaya.
«Səmədölən»,
«Gendərə», çatmır sənə
ün, dərə,
«Buzduğa»
yolum düşə,
yanğımı buz söndürə.
Ay qaya, «Dərinqaya», kölgəsi sərin
qaya,
Çıxım qənşər
yerindən elimi görüm,
qaya!
«Düzdər»ə bax,
«Düzdər»ə,
orda saydım yüz
dərə,
Bu yaz
Novruz gülünü bizim
gəlin, qız dərə.
«Suquyusu»
suludur, ağzınacan doludur,
Mən yolumdan
dönmərəm, yolum haqqın
yoludur.
Eh!
Nə ola dəyişə
ab-havası
dünyanın,
Bir dəfəlik
kəsilə qan-davası
dünyanın.
Şimşək olub
çaxaydım o dağların başında,
Nəğmələrim bitəydi gədiyində, qaşında.
Babamın torpağına
qarışaydı torpağım,
Öz beşiyim
olaydı başı qarlı «Çaldağ»ım.
Düzülüb karvan-karvan, düzülüb qatar-qatar,
Hara düşüb
yolunuz, buludlar,
ay buludlar?
Mən də
sizə qoşulub o
dağlardan aşaydım,
O
kiməsiz yurdları yenidən dolaşaydım.
Yuxularda görürəm,
doğma, ana kəndimi,
Zalımlar boyayıbdı qızıl qana
kəndimi.
Diz çöküb
ağlayıram yana-yana kəndimi,
Ya Rəbbim, kömək elə,
gətir cana kəndimi,
Yadlardan,
yağılardan qaytar mənə kəndimi.
Mən kəndimdən
çıxmışam, kəndim məndən
çıxmayıb,
Dağlar qərib
olubdu, dağlar çəndən
çıxmayıb.
Saçaq-saçaq sünbülüm hələ dəndən
çıxmayıb,
Kəndin dərdi
içimdə, o
içimdən çıxmayıb.
Vətənli günlərimi
Vətənsiz keçirirəm,
Xeyli vaxtdır
dərdimi kağıza köçürürəm.
Xəyallar qanadında dağlara köç
edirəm,
Yana-yana özümü beləcə
puç edirəm.
Namərd insafsız
oldu, yurdu-yuvanı satdı,
Naşı qəfil
gülləni mənə tuşlayıb
atdı.
Haramxorlar,
oğrular mayama haram
qatdı,
Sərvətimi taladı,
gedib mənzilə çatdı.
Qapıma dərd
gələndə xəbərsiz,
birdən gəldi,
İldırım göydən
düşdü, zəlzələ yerdən
gəldi.
Şəvə kimi
saçıma hər dəfə
bir dən gəldi,
Səsim Arazı
aşdı, harayım Kürdən
gəldi.
Halallıqla ucalan,
haqqı-sanı itirməz,
Torpaq halallıq
sevir, torpaq haram
götürməz.
Torpağa buğda
əksən, torpaq arpa
bitirməz,
Gül sevən
gül gətirər,
alaqanqal gətirməz.
Vüqarı dağdan
aldım, dağ vüqarı
əyilməz,
Xudpəsənd məclisində bir xoş
kəlmə deyilməz.
Mənim halal
süfrəmdə haram tikə yeyilməz,
Dağların sinəsində çalın-çarpaz dağ gördüm,
Ərikli yaylağında
sönən min çıraq
gördüm.
Göz açanda
məhlədə bol bəhərli
bağ gördüm,
Vətəni sevən
kəsi hər vaxt
üzü ağ gördüm.
Bir zamanlar
dağlarda gənclik atını çapdım,
Məhəbbətin gücü ilə
Fərhad tək qaya
çapdım.
Enli kürək, ucaboy, pələng biləkli
oğlan,
Qorxu,
hürkü bilməyən bir qurdürəkli
oğlan,
Qabağıma çıxanı asıb-kəsərdim, Allah,
Mənə naz
edən qızın üstə
əsirdim, Allah,
İçimdə baş
qaldırdı sevgi, məhəbbət dəmi,
Eşqə düşdüm, nə düşdüm unutdum
dərdi-qəmi.
Bir xoş
gündə, saatda,
aşiq oldum bir
qıza,
Gözəl,
boylu, buxunlu,
gözləri xumar qıza.
Onun qələm
qaşları bir gərilmiş
kamandı,
Kiprikləri ox kimi, qəmzəsi can alandı.
Günə çıxsa
o dilbər,
günün gözü qamaşar,
Sərv boylu
gözəli Ay görsə
ağlı çaşar.
Gözəl kəklik
onun tək yeriş
yeriyə bilməz,
Hürkək ahu
balası, hürkər ovsuna
gəlməz.
Dodağı püstə-badam, yanağı dağ
laləsi,
Atlını atdan
salar gözünün piyaləsi.
Tər təzəgül
kimidir aydan da
nurlu üzü,
Ona heyran
qalırdı ən zərif
gülün özü.
Buxağı ağ
dələmə, özü sanki
mələkdi,
Gözləri alovlanır, gözəllikdə o təkdir.
Pilə kimi
əndamı dələmə tək
axırdı,
Çiyni üstən
arabir süzgün-süzgün baxırdı.
İncədən incə
belə, gümüş kəmər
taxırdı,
Əlinə,
ayağına daş xınası
yaxırdı.
Sevdim belə
gözəli, gözəl məni
sevmədi,
Aramıza girdilər
inadından dönmədi.
Mənə qəsd
edənlərin çərxi geri çönmədi,
Çıraq söndürənlərin
çıraqları sönmədi.
Çölüm xalqı
yandırdı, içim özümü, Məmməd,
Namərd güclü
mən zəif,
kəsdi sözümü,
Məmməd!
Yağı imansız
oldu, tökdü gözümü, Məmməd,
İz saldığım
məkandan sildi izimi,
Məmməd!
O
torpağın oğluyam, torpaq canımdı
mənim,
Bulaqların saf suyu
axan qanımdı mənim,
Dağları vüqarımdı, adım-sanımdı mənim.
Ürəyimi üzənlər
üzüləcək bir zaman,
Ədalət süzgəcindən
süzüləcək bir zaman!
***
Yaman qəribsəmişəm, dərə üçün,
dağ üçün,
Darıxmışam o
gözəl baxça üçün, bağ üçün.
Arzumun qanadında
hey uçuram dağlara
Boylanıram bir anlıq
ötüb keçən çağlara…
Yenə telimdə
səkə «Yellicənin»
sığalı,
Yenə başımda
gəzə «Təzə bəyin» sağ əli.
Yığışaraq yenə mən
bulaqlara çıxam bir,
Çiçəklərə,
güllərə heyran-heyran baxam bir.
Dizlərimi qatlayıb buz sulardan
içəm hey,
Otların arasından
almagülü seçəm hey.
Ətirli ağuşuna
atılam dağ gülünün,
Qönçə kimi
açıla düyünü ağ
günümün.
Boz sürülər
yayıla «Seldərəsi»
uzunu,
Dirsəklənib oxuyam:
«Çoban qaytar quzunu»
Qarışa nəfəsimə
torağayı nəfəsi,
Qulağımda bənd ala
bildirçinin zil səsi
Dərdin-sərin əlindən balıq
kimi çıxam mən,
Yapışam kəmərindən
qəm-qüssəni
yıxam mən.
Bir cumalar
üstümə Qaraxanın itləri,
Papağımı tullayıb bir hürküdəm
atları,
Qarışa gülüşlərim
qızların gülüşünə,
Qonşu qızla
gözləşib gedəydim görüşünə.
Söz tapmazdım
deməyə, dilim topuq
vurardı,
Mən bu
yanda durardım,
o, o
yanda durardı.
Quş ürəkli
olardım, birdən bizi
görərlər,
Tutub qulağımızdan
dərsimizi verərlər.
Minərdim
«Dəvədaşı» məhmizləyib çapardım,
Bax beləcə
içimdə mən rahatlıq
tapardım.
Papağımı yan qoyub «Yar gəldi»
oxuyardım,
Məhəbbət xalçasını qəlbimdə toxuyardım…
Yuxum ərşə
çəkilir, yuxum perikir
nədən?
Xəyalımda canlanır yenə o
çöl, o
çəmən.
Dərdimi daşıyıram
gecə dağa,
arana,
Elə bil
duz basırlar qaysaq tutan
yarama.
İçimdən haray
qopur, nifrət yüklü
bir haray,
Gözlərimin önünə gəlir
o dam,
o saray.
Daş-daş üstə qalmayıb
üç yüz evli
bir kənddə,
Yad nəfəslər
toxunub dərdə düşüb
bu kənd də.
Yaz da
qəribdi burda,
qış da qəribdi
burda,
Dağ da
qəribdi burda,
daş da qəribdi
burda.
Sinəsi cadarlanan
ana torpaq ağlayır,
Tumurcuğun içində təzə
yarpaq ağlayır.
Leylək də
qaçqın düşüb,
sığırçın da bu yerdən,
Elin igid
ərləri qayıtmayır səfərdən.
Hanı qızlar-gəlinlər çıxmır bulaq başına,
Hanı ərgən
oğullar gəlmir elçi
daşına.
«Əlmərdan»ın gözünə kol-kos gəlib yığılıb,
Baxımsızlıq ucundan bulaq
gözdən dağılıb.
Ot basıb
gözə dəymir
«Novluya» gedən cığır,
Bulağın üz-gözündən Allah, kifirlik yağır.
Məscidi dağıdıblar, kəsilib azan səsi,
Həndəvərdə dolanır yad
izi, yad
nəfəsi.
«Arpatəpə»
əriyib bambalaca olubdu,
Xiffətdən dözməyibdi solmaz güllər
solubdu.
Quzulayıb məktəbin qüzey tərəf
hasarı,
İtib-batıb babamın o
müqəddəs məzarı.
Səngərxana ediblər güllü, çiçəkli düzü,
Qərinələr görmüşdü
«Bədəlbəyin kümbəzi».
Yerlə yeksan
olubdu tarix yaşlı
ocaqlar,
Sahibini gözləyən gör nə
qədər ocaq var.
Fikirlərim dolaşır gecə-gündüz dağ-aran,
Mən burda
inləyirəm, ocaq orda
nigaran.
Ulu babam
o yurdda hünər
dərsləri alıb,
Çayların gur suları
həzin laylamı çalıb,
Zirvəsi qarlı
dağlar nədən xəyala
dalıb.
Həsrətim şırım-şırım sinəmdə düyün
salıb,
İçimi dərd
göynədir, Vətən qürbətdə
qalıb.
Dərdim Vətən
dərdidi, Vətən dərdi
sağalmaz,
Vətən dərdi
çəkənin ürəyində yağ olmaz,
Vətənin dağları
tək yaraşıqlı dağ olmaz,
Vətənin yollarından
mənim gözüm yığılmaz.
Mən Vətənin
qoynunda imana-dinə gəlləm,
O
müqəddəs torpaqda öləndə sakit ölləm.
İncidilmiş ruhlar qərib-qərib dolanır,
Hikkəm,
kinim, nifrətim içimdə alovlanır.
Söndürüb kor qoyublar
gur yanan ocaqları,
Gör nə
hala salıblar bol bəhrəli
bağları.
Dəmir dırnaqlarımla
ələmişdim torpağı,
Ürəyimin qanıyla sulşamışdım
o bağı.
Sübhün çırağı
yancaq qalxardım yatağımdan,
Ulduzlar sayrışanda ayrılardım bağımdan.
İndi bağlar, baxçalar olub bizə göz
dağı,
Cəlladlar,
qaniçənlər zəhərləyib torpağı.
Burda əsir
saxlayıb burda burun kəsiblər,
Kəsilmiş qulaqları məftillərdən asıblar.
Amansızlar,
dırnağı kəlbətinlə çəkiblər,
Aman Allah, nə qədər alovlu
göz töküblər.
Körpələri süngüyə burda
taxıblar, burda,
Bayquşlar ulaşıblar,
kefə baxıblar burda.
Uzun saçlı
qızları saçlarından asıblar,
Haqq deyən
dili kəsib,
qəlblərə dağ basıblar.
Əllərindən mıxlanıb bu divara
Fərəməz,
Onun iniltisidir
qulağıma gələn səs.
Kürəyinə bağlanıb qaynar-qaynar samavar,
Ona qismət
olubdu nə qədər
işgəncə var.
Atəş açılan
kimi susub onun
hikkəsi,
Susub onun
qəzəbi, batıb haraylı
səsi.
Ancaq heç
vaxt susmayıb,
haqsızlığa nifrəti,
Azadlığa çağırdı,
bəxti yatan milləti.
Hansı cəllad, qaniçən vermişdi bu fərmanı,
Hər tərəfdə
axırdı günahsız insan qanı.
Hansı qəddar, başkəsən verdi ölüm hökmünü,
Çöldə çiçəklər
soldu Fərəməz ölən
günü.
Göylərin gözü doldu, Babəkim ölən günü,
Buludlar qan ağladı, İlhamım ölən günü,
Çaylar matəm
saxladı, Hicranım ölən günü.
Başına döydü
ana, saçını
yoldu bacı,
İlahi,
bir gözəlin endi
gəlinlik tacı.
Göylər necə
götürdü, Allah görən
bu dərdi,
Bir ananın
dilində nifrət ahı
göyərdi:
«Bu fərmanı
verəni tapşırıram Allaha,
Qürbətdə olanları qayıtmasın bir daha.
Günəşi günbatandan, ayı tərsinə çıxsın,
Ev-eşiyi dağılsın,
suyu geriyə axsın.
Yurdunda,
yuvasında görüm bayquş ulasın,
Anası haray
salsın, vida laylası
çalsın».
Ağ at
hörükdə ölüb,
qara köpək zəncirdə,
İndi xəcalət
çəkir o
hörük də,
zəncir də.
Hörük atı
saxlayıb, zəngir qara
köpəyi,
Bax beləcə
üzülüb yazıqların kəpəyi.
At o
qədər yer eşib, dırnaq papışdan çıxıb.
İçimdəki soyuq dərd
elə bil qışdan
çıxıb
Torpağımız dardadır,
torpağa kömək gərək,
Torpağın naləsini duyan mərd
ürək gərək.
Bu torpağın
oğluyam deyən cavanlar
hanı,
Düşmənlərin qəddini əyən cavanlar hanı,
Ölməzliyə qovuşar igid
öləndə, qardaş,
Hamını dərdə
salar bəla gələndə, qardaş,
İgidlərim,
ərlərim, qorxubilməz nərlərim,
Siz oldunuz
ümidim, siz oldunuz
and yerim.
Torpağı qorumayan
anasını qorumaz.
Qeyrəti olmayan
kəs heç hansını
qorumaz
Arzumuz,
istəyimiz azadlıqdır, torpaqdır,
Bizi susduran
olmaz, bizim səsimiz
haqdır.
Oyaqsan eşit, qardaş, yatmısan oyan,
qardaş,
Vətənin keşiyində
mərdanə dayan qardaş,
Bizdən imdad
istəyir Xocalının harayı,
Vaqifin məqbərəsi, Xanqızının sarayı.
Bizdən imdad
istəyir «Malikəcdər»
türbəsi,
Hikkəsindən daş oyan «Bərgüşadın» gur səsi.
Bizdən imdad
istəyir Ağdamın
«İmarəti»,
Sözümün sərkərdəsi, Füzulinin sənəti.
Bizdən imdad
istəyir Murovdağın vüqarı,
Cəbrayılın hicranı,
Zəngilanın qubarı.
Bizdən imdad
istəyir, isti yayı, sərt qışı,
Çadırlarda yaşayan körpələrin
baxışı.
Bizdən imdad
istəyir səngərli
«Səngər» dağı,
Bir gözü
qan ağlayan Azərbaycan
torpağı.
Sazından ayrı düşüb
sazlı, sözlü Göyçəmiz,
Qaytaraq Ağbabanı,
qaytaraq Göyçəni biz.
Gözləri yolda
qalıb «Vedinin yanı, dağlar»,
Elimizin dayağı,
ürəyi, canı dağlar.
Doğma Zəngəzurumda
silinməz izim qalıb
Hər bulağın
başında söhbətim,
sözüm qalıb.
Ürəyimi göynədir
ana yurdun ağrısı,
İçimi sızıldadır
gözdən axan qanlı
su
Qolları qələm
vuran, barmaqları sındıran!
Yurdumun övladını diri-diri yandıran,
Vəhşilərin şəhşisi,
qulaq kəsən nadanlar,
Yerdə qalmaz
bu qisas,
bir də günahsız
qanlar.
Dönəcəyəm o
yurda, bunu inamım
deyir,
Təmiz vicdanım
deyir, damarda qanım
deyir.
Yenidən nurlanacaq
yurdumun axşamları,
Yenidən bərq
vuracaq nimçədə toy
şamları.
Açılacaq o
sərin bulaqların gözləri,
Lalə,
nərgiz, yasəmən bürüyəcək
düzləri…
* * *
Vətən bizə
oğul deməz,
ona candan pay
verməsək,
Torpaq bizdən
üz döndərər,
harayına hay verməsək.
Babaların goru çatlar, düşmənlərə vay verməsək,
Şahin-şonqar meydan açar
qartal kimi qıy
verməsək,
Əsgərlərim qalib gəlməz
onlara ox-yay verməsək,
Məmməd Araz!
Duyğularım təzələnir,
el-obanı
şən görəndə,
Doğma Vətən
torpağını səfalı gülşən görəndə.
Vüqarıma vüqar çatmaz, dağlarımda çən görəndə,
Ürəyimə təpər
dolar, qardaş səni «Sən» görəndə,
Gözlərimə işıq gələr, dostu dosta tən
görəndə,
Məmməd Araz!
Çox şükür
ki, gündən-günə saflaşırıq,
paklaşırıq,
İçimizdə həyat eşqi, dərə keçib,
dağ aşırıq,
Elimizin dərd-sərinə qaynayırıq,
qarışırıq.
Yurdu azad
görmək üçün gecə-gündüz yarışırıq,
Bu Vətənə, bu torpağa necə
gözəl yaraşırıq,
Məmməd Araz!
Gərək bir
də unutmayaq başımıza gələnləri,
Nifrət ilə
yada salaq bir
bədəni, bir ürəyi,
iki yerə
bölənləri.
Unutmayaq Vətən üçün candan keçib ölənləri,
Qurd ürəkli, sal kürəkli,
dağ sinəli,
qorxubilməz,
Geri dönməz
igidləri!
Məmməd Araz! Məmməd Araz!
Комментарии
Отправить комментарий