Təbiət
Təbiət
Təbiətin qoynundayam,
Gül-çiçəyin gözəlliyi,
Qucağına sığınmayan,
Bir çəməndə,
Qədəm-qədəm gəzirəm mən.
Könlüm tutan çiçəklərdən
Ehallıca üzürəm mən.
Hörmət ilə qoxlayıram.
Tər çiçəyin ətri ilə məst
oluram,
Məhəbbətlə dost oluram.
Uzanıram gül-çiçəyin
arasına,
Göy üzündə ağ buludlar
Karvanlanır ara-sıra
Qoca dağlar qalxan tutub
çən-dumanı.
Şiş qayalar saf qanıdır bu
dağların.
Çəmənlikdə çən sürünür,
Sisi ələnib qaş-daş olur
Gül-çiçəyin yanağında
Nəsim düzə inci səpir.
Gülüş səkir yasəmənin
dodağında
Mavi göyün inciləri
Göy otların qulağında
sırğalanar.
Həzin-həzin külək əsir,
Çiçəklərin nur tacında
Bal arısı yırğalanr.
Çiçəkləri öpə-öpə toybaşı
tək
Çəmənlikdən hey dolanır,
hey fırlanır.
Günəş yerə ətək-ətək zər
göndərir,
Al lalənin üzü yanır.
Şöləsində göz qamaşır,
Gözəllikdən ağıl çaşır.
Ürkək-ürkək kəkli keçir,
Baldırına şeh ilişir,
çəhlim düşür.
Bülbül coşur, nəğmə qoşur.
Çiçəklərin naz-qəmzəsi
Sığışmayır çəmənliyə
Düşünürəm, bu gözəllik hara
sığar?
Şair qəlbi geniş olar,
Sığsa ancaq ora sığar.
Комментарии
Отправить комментарий