Bizi deyib gəlmə….


Bizi deyib gəlmə….

Bizi deyib gəlmə, Mirzə. Təvəqqe edirəm gəlmə, babam. Əşi, qoy bir az özümüzə gələk, yır-yığış edək . Bir oturaq görək nəyimiz var, nəyimiz yoxdur. Gəlmə, Lələ, biz hələ günahla savabı, haqqla nahaqqı, ağla qaranı, tövbə ilə tamahı, ibadətlə səxavəti, yaxşıyla yamanı, düzlə əyrini bir-birindən ayırd edə bilməmişik, gəlmə. Mən sənin xasiyyətini bilirəm , gələn kimi gedəcəksən məscidə. Görəssən yuxarı başda dörd nəfər mömin bəndə əyləşib. Birinin başında Şəki Şirvan papağı, onun böyründə oturanın başında Qazax mahalına məxsus papaq, digərinin başında İrəvan quberniyasında qoyulan papaq, lap kənarda oturanın başında Ordubad İran kəndlərində qoyulan papaq. O papaqlarını altında yatan oğullara üz tutub deyəcəksən: «Ey mənim müsəlman qardaşlarım, sizi deyib gəlmişəm». Onlar da əllərini gözlərinin üstünə günlük tutub səni dərhal tanıyacaqlar deyəcəklər: «Gəlmə, Mirzə, biz hələ bir nəticəyə gələ bilmirik. Hərəmiz bir tərəfə çəkirik. Bizi deyib gəlmə, Mirzə, sən gələndə bilirəm kefli İsgəndər gələcək. O da gəlsə, işlər lap şuluq olacaq. Niyə? Bu saat deyim. Düz deməsəm, denən düz deyil. Kefli İsgəndər məni görcək tanıyacaq deyəcək: «Lotusan, mən ölüm». Sonra da cibindən bir butulka araq çıxarıb mənə yaxınlaşacaq. Qədeş, gəl on pitnasad vuraq. Mən ki…».
         Onda kefli İsgəndər bir az da yaxına gəlib qulağıma deyəcək: «Məşədi, Kərbalayı Hacı Həzrət, mən səni hardasa görmüşəm. yadıma düşdün, ayıltma məntəqəsində». Mən üzümü yana çevirib dodaqaltı deyəcəyəm: «Əstəğfürüllah, işə düşmədik? Mürtəd oğlu mürtədi yıxıb yerə ağzına-ağzına döyəsən». Sonra yapışacaq yaxandamkı, de görüm, kimsən? Mən salavat çevirib deyəcəm: «Bismillahir- rəhmanirrəhim, həmd ilahiyyə müsəlmanam». O da əl çəkməyib deyəcək: «Çox əcəb, hacı axıMən deyəcəyəm: «Ləl,ə qoy get ! :». Tövbə qapısı açıqdır. Məndə tövbə edib günahlarımı yuyub haqq yoluna qayıtmışam. Sonra da sözlə dediyimi sazla da deyəcəyəm.

Qayıdıb haqq yoluna, tərtəmiz insan olmuşam,
Vicdanı, qəlbi təmiz əsil müsalman olmuşam.
Uzadıb saqqalımı həm alıram dəstəmazı,
Açıram qənşərimə gündə üç yol cemamazı.
Qılıram sübh namazı, günorta, axşam namazı,
Qayıdıb haqq yoluna tərtəmiz insan olmuşam,
Vicdanı, qəlbi təmiz əsil müsalman olmuşam.

         Elə buradaca kefli İsgəndər qəşş edəcək, açacaq sandığı tökəcək pambığı. Ona görə deyirəm gəlmə, Mirzə. Sənin gəlişin bizə sərf eləmir. Kefli İsgəndər məni sorğu-suala tutub deyəcək: «Qoçaq, sən hansı vicdanı paklıkdan danışırsan? Bu ziyarətgahlara hansı halal maya ilə, hansı gəlirlə getmisən? Axı, şəriyyət qanunlarına görə…» Mən gülümsünə-gülümsünə deyəcəyəm: «Köçürmə yolu ilə getmişəm. Allah yaxşıların dadına çatsın. Düzdür, orda da …»
         isə, gəlmə, baba, gəlmə. Gəlib deyəcəksən bu qədər qaçqını, köçgünü, didərgini olan xalq indi bu qədər dolları yollarda kül edərmi? Onlara Xums Zəkat vermisənmi? Ay pir olmuşun oğlu, qoyub axtarırsan. Acda var, yalavaca da verə. Ziyarətgahlara başqa məqsədlə getmişəm. Orada bir az ucuz alıb, gətirib burada baha qiymətə sırıyıram Tubnisiyə, Hürnisiyə, Dürnisiyə. Bizi deyib gəlmə, babam. Gəlsən yolun düşəcək 20 Yanvar metrosuna. Görəcəksən metroda ağzı dualı, başı əmmaməli, beli qurşaqlı mömin bəndələr sıra ilə əyləşib alver edirlər. Görəcəksən tunelin aşağı başında Qurani Kərimi bir «məmməd», bir «nizami» satırlar. Tunelin yuxarı başında həmin müqəddəs kitabı məşədi, kərbəlayı, Hacı Sicimqulu iki «məmməd»ə satır. Yaxınlaşıb xəbər alacaqsan: «Məşədi- Kərbalayı- Hacı Sicimqulu, bax haman bu kitab aşağı tərəfdə bir «məmməd», bir «nizami»yədir. Sən niyə on iki «məmməd»ə satırsan. O da əlini saqqalına çəkib deyəcək
         - Oxuduğum haqqı özüm bir məmməd, bir nizamiyə almışam, özüm yaşamalıyam ya yox?
         İnan mənə, Mirzə, sonra tunelin bu tərəfinə çönəcək görəcəksən ki, başqa dinin nümayəndələri müqəddəs «İncil»i müftə, xahiş edə-edə paylayırlar. Bunu görəndə qanın qaralacaq, ovqatın təlx olacaq. Bizi deyib gəlmə, Mirzə. Gələn kimi kefli İsgəndər yaxınlaşıb əlində təsbeh, başında araqçın olan Məşədi- Kərbalayı- Hacı Həsənqulu bəyə deyəcək: «Hacı, mən səni haradasa görmüşəm? Suyun yaman şirin gəlir, e. Dayan, dayan, yadıma düşdü, sən Həsənqulu bəy deyilsən?». , Sov. İKP- özünə ideal sayıb onun müqəddəsliyi uğrunda elmi əsər yazıb alim olmusan? Sən o deyilsən ki, o Allahsız biletini iki dəfə döş cibinə qoydun, dini tənqid etdin, əqidəndən tez döndün? İndi bizi təbliğ edirsən? O da üzünü yana çevirib deyəcək ki, əstəğfürüllah. Buradan çıxıb üz tutacaqsan bazara. Görəcəksən qəssab dükanının qabağında bir kasıb-didərgin dayanıb matdım-matdım ətə baxır. Qəssab da bıçağını itiləyə-itiləyə deyir: «Gəlin, aparın, piyplandı, ucuz elədim, yeddi «Məmməd». Didərgin qadın da deyir ki, qardaş, Allah eşqinə, mənim altı  «məmməd»im bir «nizami»m var, bir kilo ət çək, aparım ataları şəhid olmuş balalarım yesin, sənə dua eləsinlər. Qəssab sifətini bir az tündləşdirib deyəcək ki, heç bir manat da yenmərəm, paran yoxdu, alma.
         Sən qulaqlarını tutub qaçacaqsan, görəcəksən ki, yolun kənarında qəbiristanlığa xeyli adam yığılıb. Yaxınlaşıb görəcəksən ki, bir şəhidi dəfn edirlər. Məşədi- Kərbalayı- Hacı Yetimqulu şəhid oğlanın atasını çəkdi qırağa dedi: «Məzəndəni bilirsən ?». Sonra cibindən «Kiril» əlifbası ilə yazılmış bir dəftərçəni çıxarıb «Yasin» oxumağa başladı. «Yasin»i oxudu qurtardı, dəftərçəni qaytarıb qoydu cibinə. Əlindəki uzun təsbehi çözələyə-çözələyə deyəcək: «Qardaşlar, Allah bu mərhuma rəhmət eləsin, Allah sizin , mənim zəhmətimi zaya verməsin, qəbul olunmuş əziyyətlərdən hesab etsin».
         Ordan çıxacaqsan küçəyə, görəcəksən balaca tifillər qənşərlərinə bir qutu qoyub, qutunun üstünə bir neçə siqaret, bir neçə putulka da spirtli içgi satırlar. Hərdən  ciblərindəki pulu çıxardıb saya-saya

«Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?
İsmətim, namusum, irzim, qeyrətim, canımmısan

         Soruşacaqsan: «Ay bala, niyə qəzet, curnal, kitab oxumursan
         cavab alacaqsan: «Onların hamısı boş şeydi, Mirzə. Nəf , ticarətdədi, kef . Oxuyanların, baş sındıranların hamısı acından günorta durur…». Sən üzünü tutacaqsan dərgaha:

Allah, özün kömək et, bu millətə, yazıqdır,
Qaytarıb salma bir  cəhalətə, yazıqdır.
Yolunu azanları düz yola döndər, Allah,
Namus, qeyrət tacını bizlərə göndər, Allah.
Təkcə alış-verişlə başımızı qatmayaq,
Başımızın altına yastıq atıb yatmayaq.
Tale verən qisməti verməyək hər aca biz,
Mənəviyyat sərvətin qoymayaq sərrəca biz,
Yolunu azanları yoluna döndər, Allah.




Əvəz Mahmud Lələdağ

Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri