Satırmış demə
Satırmış demə
Çox yaşın bir dostum yad oldu mənə,
Zatı qırıq imiş,qatırmış,
demə.
Boğazdan yuxarı
dostluq edirmiş,
İçində nadanlıq bitirmiş,demə.
Əyilib keçirdi,asılı idi,
Boynu qoltuğuma qısılı idi.
Qardaş-bacısıyla
«küsülü»idi,
Qurd kimi göz-gözə yatırmış,demə.
Xeyir-şər olubdu,mərd-namərd olub,
Şad xəbər namərdə böyük dərd olub.
Bayquşun niyyəti uçuq yurd olub,
Dostum bayquşdan da betərmiş, demə.
Pir deyib gələrdi pir-ocağıma,
Əl də gəzdirərdi künc-bucağıma.
Mənim bostanıma, könül bağıma,
Əlləmə daşları atırmış, demə.
Bir vaxt dadanmışdı dənliyimə də,
Özü dönük çıxdı verdiyi vədə.
Dostluq mənzilinə çatmadı gədə,
Vicdanı şöhrətə satırmış, demə.
2004
Комментарии
Отправить комментарий