Gözlərin
Gözlərin
Odlu baxışların
odlayır məni,
Az qalır canımı ala gözlərin.
İlan tək qıvrılıb qara hörüklər,
Durubdu qəsdimə ala gözlərin.
Mən səni gözümdən qoya bilmərəm,
Mən səni gözümdən qoya bilmərəm,
Eşqində sərinlik duya bilmirəm.
Bir dəfə baxmaqla doya bilmərəm,
Zillənə üzümdə qala gözlərin.
Surətin gözümdən çəkilmir bir an,
Hürüsən, mələksən, istəkli canan.
Əvəzdir, dözülməz hicrinlə yanan,
Dərdimin məlhəmi ola gözlərin.
Комментарии
Отправить комментарий