Bəyənmədim


     Bəyənmədim

O gün sizə gəldim,gülüm
Qapınızı döyəmmədim.
Hicran kəsdi qabağımı,
İncimədim, deyinmədim.

Yoxdur daha məndə dözüm,
Ömür keçir,canım, gözüm.
Ürəyimdə qaldı sözüm,
Sənə bir söz deyəmmədim

Görəmmədim o gün səni,
Kim unudar, de kim səni.
Səndən başqa bir kimsəni,
Bu mahalda bəyənmədim.

Tale məni çəkir dara,
günlərim olub qara.
And içirəm düz ilqara,
Sənsiz bir an öyünmədim.

Bu gərdişdə qismətə bax,
İlk eşqimə əsdi sazaq.
Dərdin alım, Ay lələdağ,
Umduğunu yeyəmmədin.


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal