Nədir


                    Nədir           


Canı buz baltası olan oğlana,
Əlli nədir, altmış nədir, yüz nədir,
Sənin kimi igid, cavan oğlana
Dərə nədir, təpə nədir, düz nədir?

Mən yansam ötüşər, Vətən yanmasın,
Vətənin eşqiylə yetən yanmasın.
Çalış ki, üstə «atan» yanmasın
Ocaq nədir, alov nədir, köz nədir?

Şəvə saçlarında tək-tək dən gəzər,
Vüqarlı dağlarda duman, çən gəzər.
Gənclik səndən uzaqlaşar, gen gəzər,
Duyammarsan qarı nədir, qız nədir?

Əvəz ürəyini buz kimi saxla,
Çiçəkləri oxşa, gülləri qoxla.
Qayıdıb boş keçən illərə baxma,
Sanalama payız nədi, yaz nədi.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri