Gülüş ver mənə


         Gülüş ver mənə

İçimdə yurd-yuva salıb
Fərəh, sevinc, qəm, kədər
İstəyin qədər.
Biri fikir karvanımı arana çəkir,
Biri dağa.
Biri sola çəkir, bir sağa.
Qocalıqla, cavanlıq arasında qalmışam,
Demirəm qocalmışam.
Ömrün bu çağında gülüş hərisi olmuşam
Gülüş ver mənə! Ya Rəbb!
Gülüşdən bir gözəl çələng hör mənə.
Ya da ərit torpağa qarışdır məni, ya Rəbb!
Qıcqırıb yayılım düzlərə.
Şirəmi arılar çəksin,
Ətirim qismət olsun,
Alagöz, incəbel, qızlara.


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal