Yol axtarıram.
Yol axtarıram.
Mənə
yol göstərin, yol göstərənlər,
Enişsiz,
yoxuşsuz yol axtarıram.
Tiri
öz gözümdə görə bilmirəm,
Özgənin
gözündə qıl axtarıram.
Dağlara
çıxmağa yol axtarıram,
Bu
fani dünyaya zirvədən baxam.
Odu
söndürmüşəm, kül axtarıram
Dilbilməz
əlində qalıbdı yaxam.
Yalçın
qayalara yol axtarıram,
Eşidəm
kəkliyin zəngüləsini.
Atı
itirmişəm, çul axtarıram,
Haqsızlar
batırıb haqqın səsini.
Bir
özgə aləm yolçusuyam mən,
Könlümdən
əl çatmaz arzular keçir.
Çekilsin
kənara qatı duman, çən,
Burdan
dərdi keçir, intizar keçir.
Vicdanım
soruşur:-hara gedirsən?
Orda
yel əsibdi, qoz tökülübdü?
Qayıt,
bu səfərdən, tez qayıt geri
Ora
parça-parça buz tökülübdü!
Vətənə
dönməyə yol axtarıram,
Uğursuz
yollarda yığıldım cana.
Artıq
başım dəydi əhliddaşına,
Pir
deyib yapışdım Azərbaycana.
Комментарии
Отправить комментарий