Yadıma sən düşürsən


Yadıma sən düşürsən

 Dağ çayları daşanda,
Yadıma sən düşürsən.
Sular pıçıldaşanda,
Yadıma sən düşürsən.

Duman yaldan aşanda,
Bülbül nəğmə qoşanda,
Kəklik qıqqıldaşanda,
Yadıma sən düşürsən.

Çöldə ceyran qaçanda,
Dağda qartal uçanda.
Bağçada gül açanda,
Yadıma sən düşürsən.

Buludlar ağlayanda,
Sel suyu çağlayanda,
Tər çiçək bağlayanda
Yadıma sən düşürsən.

Yaşıl otlar bitəndə,
Quşlar dil-dil ötəndə,
Xoş arzuma yetəndə,
Yadıma sən düşürsən.

Güleyşə nar deyəndə,
Budaqları əyəndə,
Azərbaycan deyəndə
Yadıma sən düşürsən.

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal