Istək
Istək
Ana kəndim,
Dağ havası,
Buz bulaqlar,
Yaşıl düzlər,
Gen dərələr,
Uca dağlar.
Zirvəsinə əl çatmayan
Dünya görmüş qoca dağlar!
Gücüm çata
Bir sənətkar qüdrətiylə
baxam sizə,
Buludlarda yağış olub
Narın-narın yağam sizə.
Bir də ellər qınamaya
Cığır olub çıxam sizə.
Başım üstən
Karvan-karvan duman keçə,
Sis ələnə
Çiçəklərə şeh çilənə.
Yal boyunca cərgələnə
Qoyun, quzu sürüləri,
Qayalıqda nəğmə deyə ana
kəklik,
Qulağımda çiliklənən
Bildirçinin qırıq səsi.
Şirin-şirin layla çala
Dağ çayının zümzüməsi.
Bax beləcə ötə aylar,
Ötə illər.
Yeni-yeni həyat eşqi,
Qönçələnə təzə güllər.
O gülləri nəsil-nəsil
Dərə ellər.
Комментарии
Отправить комментарий