Ön söz
Ön söz
İnsan dünyaya gəlir,
bələnir, açılır, iməkləyir, yıxılır, durur, böyüyə-böyüyə
həyata atılır.
Günlər bir-birini əvəz
edir, aylar illərə, illər qərinələrə
dönür, tarixləşir. Allah
verdiyi ömrün müddətindən asılı olaraq
insan qəlbində
neçə-neçə
arzu, istək, dilək
cücərdir, pərvazlanır. Hər kəs öz arzusunun
biləyindən yapışır,
istəyinə
çatmağa can atır.
İnsanın həyatı o
vaxt maraqlı olur
ki, o
bütün gücünü,
qüvvəsini, iradəsini qarşısına qoyduğu məqsədin gerçəkləşməsinə,
reallaşmasına yönəldir. Həyat o
zaman mənalı və
maraqlı olur ki, adam qarşısına qoyduğu məqsədə
nail olur,
zirvəyə
qalxır, arzusuna çatır.
Adam yaşadığı müddətdə
xalqına, millətinə,
dilinə,
dininə,
tarixinə,
Vətəninə
yüksək səviyyədə,
sədaqətlə,
namusla xidmət etməyi düşünür.
Kimliyindən
asılı olmayaraq öz istəklərini həyata keçirmək üçün yollar
axtarır insan.
Bir yol ayrıcında- uşaqlıqla-gəncliyin xudafizləşdiyi yerdə
dönüb bir anlığa
uşaqlıq çağlarına qayıdır,
o günləri yada salır. Yaşa dolduqca həyatda gördüyü yaxşı
əməllərə
boylanır. Elə
ki, görür
həyatda xeyirxah iz qoyub
sevinir, qürrələnir, xoşbəxtliyini duyur,
el-oba
yanında alnıaçıq,
üzüağ olduğundan başını dik
tutur, xalqın hörmət
və
rəğbətini qazandığı üçün ürəkdən sevinir.
Haqqında söhbət açdığım bu
sadə
insan şair dostum
Məmmədyar Məmmədyarlıdır. Sadəliyi, səmimiliyi, mehribanlığı,
qayğıkeşliyi məni heyran edir
Məmmədyarın.
Onun «Ömrün fəsilləri» kitabının
əlyazmasını oxudum. Xoşuma gələn də
oldu, gəlməyən də. Lakin həmişə
qəlbimdə
yaşatdığım bir fikri rəhbər tuturam.
Kimsənin qəlbinə
çalış, toxunma,
Könül bulandırmaq cəsarat deyil.
«Bir könülü tikə bilmirsənsə
onu niyə
sındırırsan» xalq deyiminə söykənirəm həmişə.
Şairlər xalqın sabahına
işıq, nur saçırlar, insanlara insanlığı öyrədirlər. Məmmədyarın şeirlərində
gərdişdən giley də çoxdu, razılıq da, narazılıq da. Nahaqqın
haqqı üstələməyindən narazıdır şair.
Andlar, bəylər sözdə
qaldı,
Düşmən üstündən yol saldı.
Düz yenə
də
düzdə
qaldı,
Oğrunun, bicin vaxtıdı.
Vətən həsrəti, yurd
yanğısı, torpaq hara yı, göyüm- göyüm göynədir Məmmədyarı. Vətənin dadına çatmaq
arzusu içində
bitir.
Doğransam da dilim-dilim,
Ağlamaram zülüm-zülüm.
«Qana qan,
ölümə
ölüm»
Vətən dardadı,
qılıncı
Qoymayaq qına, qardaşım.
Şairin gəraylılarında təmizlikdən, paklıqdan
söhbət açılır.
Bir günahım yoxdu, pakam,
Dağların qarı kimiyəm.
Gül-çiçəkdən alıram kam,
Şitəngi arı kimiyəm.
Dünyada gedən haqsızlıqlardan,
ədalətsizlikdən, əzən-əziləndən gileylənir şair.
Bu dünya havası
çalınmış dəfdi,
Kiminə
əzabdı, kiminə
kefdi.
Adəm dolaşdıran həmin kələfdi,
Tapmazsan ucunu yüz il
çözələ,
İnanma bu dünya
bir də
düzələ!
Şair xalq deyimlərindən, atalar
sözlərindən məharətlə
istifadə
edir, yerli-yerində
deyir. «Ələyim ələnib,
xəlbirim göydə
fırlanır» el deyiminə yeni ilmələr atır.
Xəlbirim göylərdə
fırlanır, Lələ,
Ələyim yellənir suda, qocaldım.
Bacarıqlı həkim, istedadlı
şair, xeyirxah insan olan
qələm dostum Məmmədyar Məmmədyarlıya yeni-yeni yaradıcılıq
uğurları diləyirəm.
Əvəz
Mahmud
Lələdağ
Комментарии
Отправить комментарий