Gəlmişəm
Gəlmişəm
Əzizi şagirdim Faiq Bayramova.
Gəl
sənə söyləyim dərdimi, qardaş
Yuxuda
dağları gəzib gəlmişəm.
Əmliklər
oynayan yaşıl çəməndə,
Qurbanlıq
qoyunu kəsib gəlmişəm.
Ümidlə
çıxmışam Şəfa pirinə,
Baxmışam
Yalyurdun həndəvərinə.
Qanqallar
cücərir gülün yerinə,
Mən
də bu halətdən küsüb gəlmişəm.
Gördüyün
yaylaqlar öz yerindədir,
Dərə
yerindədir, düz yerindədir.
Bir
zaman saldığım iz yerindədir,
Həsrətə,
hicarana dözüb gəlmişəm.
Beçbulaqda
izi qalıb babanın,
Gözələrdə
gözü qalıb babanın.
O
torpaqda özü qalıb babanın,
O
yerdən əlimi üzüb gəlmişəm.
Bizi
birləşdirən tellər qırıldı,
Yanan
çıraqlarım söndü, qaraldı.
Xalıqverdi
düşən yurdu qar aldı,
Əvəz,
qasırğadan bezib gəlmişəm.
Комментарии
Отправить комментарий