Soruş


                    Soruş

Dostum, gedər olsan bizim ellərə,
Məni Çınqıllının daşına soruş.
Yolumu gözləyən Sərinbulağın,
Gözünün sellənən yaşından soruş.

Tayını tapmıram o gözəl yerin,
Damlası dərmandır o gözəllərin.
Gözünə görünən şux gözəllərin,
Birindən soruşma, beşindən soruş.

Dağların payızı necə gözəldir,
Ulduzu sayrışan gecə gözəldir.
Yolun Əyridikdən keçə, gözəldir,
Çıxıb Əriməzin qaşından soruş.

Əvəz Lələdağı satdılar yada,
Onun dərdi olub həddən ziyada.
Yazını, Yayını veribdi bada,
İndi həmdəmindən-qışından soruş.

Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal