Milli Qəhrəman Mübariz İbrahimovun xatirsənə.
Milli Qəhrəman Mübariz İbrahimovun
xatirsənə.
Biri
özün ölümə verir,
Yüzü
yaşasın deyə.
Biri
yüzün ölümə verir,
Özü
yaşasın deyə.
Özün
ölümə verən,
Şir
biləkli, qurd ürəkli,
Qorxu
bilməz, geri dönməz,
Oğul
doğur analar.
İçindəki
qorxunu da,
Hələ lap
bələkdəcə
Tutub
boğur analar.
Mübariz
tək mübarizlər, igid ərlər,
Pərvazlar
yurdumuzda.
Yağıların
qabağında məğrur duran,
Düşmənlərə
qan udduran,
Baxışından
alov yağan,
Qılıncından
od tökülən,
Koroğlular,
Cavanşirlər,
Gözə
dəyir ordumuzda.
Комментарии
Отправить комментарий