Mənəm
Mənəm
Eşq bəla olsa da, məlhəmdir cana.
Eşqin əzabıyla inləyən mənəm.
Göyün günəşisən gözümdə, inan,
Şirin söhbətini dinləyən mənəm.
Niyə biganəsən mənə, ey nəri,
Yükləmə könlümə bu dərdi-səri
Dirilik suyudur eşqin zəhəri,
Ver içim, zəqquma bal deyən mənəm.
Əvəz Lələdağı gəl üzmə daha,
Allaha xoş getməz verdiyin cəfa.
And olsun açılan məsum sabaha,
Məhəbbət önündə baş əyən mənəm.
13.06.2010
Комментарии
Отправить комментарий