Vəfalı dost tək-tək olar
Vəfalı dost tək-tək
olar
Əhd-peyman bağladıq
60 il əvvəl,
Bir gün
görüşməsək biz darıxardıq.
Xəbər göndərərdim, sabah bizə
gəl,
Birləşib birlikdə
dərdi yıxardıq.
Səni qarşılardım
hər an xoş
üzlə,
Süfrəmin başında
sən oturardın.
Könlünü alardım
məzəli sözlə,
Yadların önündə
məğrur durardım.
Sinifdən-sinifə əla
keçərdik,
Hamı and içərdi başımıza da.
Bəzən kişiləşib qız da seçərdik,
Məhəl qoymaz idik yaşımıza da.
O da xatirimdən çıxmayıb hələ,
Qovurma dürməyi, mağavız qaxı.
Əlimə bir alma düşəndə belə,
Gətirib səninlə bölürdüm axı!
Öküz otarardıq zülmət gecədə,
Hərdən mürgülərdik dik, ayaq üstə.
Yaman, uzun idi onda gecə də,
Ancaq biz qoyurduq dağı dağ üstə.
Günorta oturub dincələndə biz,
Ayran düzəldərdi Əbilfəz kişi.
Deyərdik, gülərdik qəlbimiz təmiz,
Amma axsamağa qoymazdıq işi.
Bir gün də yolumuz yaylağa düşdü,
Atları hoyladıq Yalyurda sarı.
Obaya balaca dığdığa düşdü,
O günkü əzabı unutma barı.
Qurdbasan əniklər, çənbər əniklər,
Atlını atından dərhal salardı.
Cumdu üstümüzə nər-nər əniklər,
O itlər quşu da göydə alardı.
Səbətdə alagöz gilas görəndə,
«Şey satan» kişilər yenə gəldilər
İlahi, uşaqlar necə sevindi,
Elə bil imana, dinə gəldilər….
Axşamlar balaca sərin düşəndə,
Çıxıb aralıqda söhbətləşərdik.
Bəzən söhbətimiz düyün düşəndə,
Düyün açanlarla tez dərdləşərdik.
Başın qarışanda vacib işlərə,
Səni soruşardı, məni görənlər.
Dikdaşın üstündə otduğun yerə,
Gəlib oturmazdı dostum, bir nəfər.
Bax belə can deyib can eşidərdik,
Bircə yatağımız ayrı olardı.
Niyə bu dostluğu biz bada verdik,
Belə soyuqluğa kim inanardı.
Nə oldu dəyişdin göy ilə getdin,
Niyə sınaqlardan yaxşı çıxmadın.
Şöhrəti dostluqdan sən üstün tutdun,
Bir daha geriyə dönüb baxmadın.
Artıq yan keçirsən yanımdan indi
Harınlıq, təkəbbür yumub gözünü.
Sənin nəzərində mən kiməm indi,
Sən niyə dartırsan, dostum, özünü.
Paxıllıq bilmədim ömür boyu mən,
Səndə ki, yox imiş dözüm, dəyanət.
Bəlkə düşüncəni düyünləmisən,
Bəlkə üstələyib səni xəyanət.
Özgəsi yer tapmaz qəlbimdə mənim,
Yerin boş qalıbdı ürəyimdə də.
Bu ülvi dostluğa sən oldun qənim,
Artıq mən olmadım gərəyin, dədə.
Bu alçaq dağları sən yaratmısan?
Nə üçün itirdin etibarını.
Nəyə qürrələnib dostu atmısan.
Kim alıb əlindən ixtiyarını.
Gənclik çağlarımız arxada qalıb,
O bizim qapıya bir daha gəlməz.
Saldığımız cığır, arx yada qalıb.
Könlümüz açılmaz, üzümüz gülməz
Məclis-mərəkəyə qoşa gedərdik,
Oturub durardıq ədəb-ərkənlə.
Bəzən də elə bil huşa gedərdik,
Sözümüz tutardı bizim ərgənlə.
Ötüb keçənləri salanda yada,
Nələr itirmişəm, sayı bilinməz.
Şirin arzularım qaldı dünyada,
Gənclik geri dönməz, insafa gəlməz.
Özündən deyənlər pürkamal deyil,
Başa da qaxmaram yaxşılığı mən.
Dostdan üz
döndərmək yaxşı hal
deyil,
Səni çaşdırıbdı
bəlkə duman, çən.
Yaman xırdalandın,
kiçildin, dostum,
Axı aramızdan
su da keçməzdi.
Niyə acgözlükdə
seçildin,
dostum,
Gərək dostluğumuz
yada keçməzdi.
Əhdə sədaqətə
biganə oldun,
Kişi tapdayarmı
duzu,
çörəyi,
Çörək itirməkdə
yeganə oldun,
Buna yol
verməzdi insan ürəyi.
Təssüf, əl çəkmədin
mənəmliyindən,
Əlindən nə
gəlir tərslikdən başqa.
Kim xeyir
görübdü əməllərindən
Kimə nə
etmisən pislikdən başqa.
Mübtalə olmuşdun
bir ağır dərdə,
Həkimlər yanından
su çəkirdilər.
Mən qərar
tutmurdum onda bir
yerdə,
Halına yananlar
yaş tökürdülər.
Sənin dar
günündə yanında oldum,
Ən ağır
anımda durdun kənarda.
Dərdlərin gölündə
üzdüm,
qocaldım,
Məndən uzaq
gəzdin sən də, kənar
da
Nə qədər
görmüşəm,
kədəri,
yası,
Gözümdən çağlayıb
axan yaş olub.
Dost sənə
yanmasa,
nədir faydası
Ömrümün baharı
indi qış olub.
Zərrəcə yanmarsan
ölümümə sən,
Sən
hardan bilirsən qəmin
dadını.
Bəlkə görüşmədik
qiyamətəcən,
Çox təssüf, batırdın
yaxşı adını.
Bir dost
ki,
dostuna zalım, yad oldu,
Ona dost
deməyin faydası nədi.
Bizə tələ
quran çox ustad
oldu,
Paxılın, nakəsin dünyası
nədir.
Mənim kasıb
komam səni
gözləyir,
Məncə o
saraydan qopub gəlmərsən.
Anam şəkilini
hey əzizləyir,
Gözün yeri
görmür,
bizə gəlmərsən.
Sən özgə
atına minmisən, dostum,
Özgə atına
da minən tez
düşər
.
Sən niyə
bu qədər kinlisən,
dostum,
Üstünə-başına gözlə, toz
düşər.
Mərdliyi itirdin, namərdə
döndün,
Lənətlə çəkilər
namərdin adı.
Niyə tez
alışdın,
niyə tez söndün,
Niyə düşünmədin
yaxını,
yadı.
Aramıza girdi
de,
hansı nadan,
Tanrı dərgahına
üz tuturam mən.
Vəfasız olmaqla
öyünmə bir an,
Xaraba görmüsən
neçə evi sən.
Allahım, nə sirrdi, agah
et məni,
Allaha bəndəlik
eyləmir,
bəndə,
Niyə bezdiribdi
bu həyat məni.
Niyə yolum
düşmür o doğma
kəndə,
İndi nə
vecinə canın suludu,
Yaşaya-yaşaya yaşa
dolarsan.
Ağlın az
olsada, cibin doludu,
Unutma vaxt
gələr,
torpaq olarsan.
Nə qədər
arzular ürəkdə qalıb,
Xəbərin olmayıb
nakam gedəndən.
Qönçədə güllərim
saralıb,
solub,
Dayanıb baxmısan
yad kimi, gendən.
Vaxt çatar
aparar ölüm bizi
də,
Yalnız doğulmayan
bilməz bu dərdi.
Bəzən ucuz
olur ölüm özü
də,
Dünya belə
gəlib,
belə gedəndi.
Əzəldən olubdu
qəmi bəşərin,
Bunların hamısı
göz önündədi.
Açılmaz düyünü
xeyirlə,
şərin,
Nə qədər
yaşasam gözüm səndədir.
Sayı azalıbdı
tay-tuşların
da,
Girmisən qınına
çöldən xəbərsiz.
Sənə oxşayıbdı
uşaqların da,
Obadan xəbərsiz
, eldən xəbərsiz.
Niyə üzə
çıxmır içindəkilər,
Niyə görünməyir
xislətin bizə.
Qurd səni
həmişə içində yeyər,
Səni yeyə-yeyə
görünməz gözə.
Xəyalla
yaşama,
«ağıl dünyası»,
Yüz fikir
bir borcu ödəyə
bilməz.
Bacar, sil könlündən
o çirkli pası,
Ömür karvanımız
geriyə dönməz.
Qoruya bilmədin
sədaqətini,
Düşdün haqsızlığın
toruna asan,
İtirdin
dostluğun ləyaqətini.
Batdı qazandığın
o şərəf, o şan
Yaralı ürəyim
yüklənib dərdlə,
Dostluğun günəşi
çıxmır buluddan
Neçə il
yol getdim sən
tək namərdlə,
Bizim üzümüzə
sökülmədi dan!
Bakı, yataqxana, nabələd yerlər,
İnamın
əlindən tutmuşduq onda.
Çay da
yox idi ki, içək
səhərlər,
Zəif çağlayırdı damarda qan
da.
Bizi qoruyurdu cavanlıq eşqi,
Sevgi ağlımızı
alırdı bizim.
Unuda bilmirdik
bir anlıq eşqi,
Eşq odu
çöllərə salırdı bizi.
Bizə ilişmişdi
onda məhəbbət,
Söhbəti dəyişib
qızdan salırdıq.
Təzə cücərərdi canda məhəbbət,
Axşam yolumuzu
bizdən salırdıq.
Sənin kərəminə
şükür, İlahi,
Mən kiməm
ağ olam üzünə
sənin.
Mənim ünvanıma
yazma günahı,
Gözlərim zillənib
gözünə sənin.
Bir pənahım
yoxdu səndən savayı,
Əlim ətəyində
qalıb,
İlahi.
Şair itiribdi
həftəni,
ayı,
Qocalıq qoynuna
alıb,
İlahi.
Bəlkə yandırıram
mən imanımı,
Allahım, günaha batırma
məni.
Ya Rəbbim
hifs elə günahlarımı,
Qəflət yuxusunda
yatırma məni.
Axşamdan bir cilav yuxum var
indi,
Sonra daşıyıram
aranı dağa.
Demirəm azım
var,
çoxum var indi,
Qocalıb dönmüşəm
körpə uşağa.
Ayaq sözə
baxmır,
əl sözə baxmır,
Ta qoya
bilmirəm çöpü çöp
üstə.
Bülbül sözə
baxmır,
gül sözə baxmır,
Gülü qoxlamağa
yoxdur həvəs də.
Dişsiz yiyə
kimi olmuşam indi,
Küt yiyə
mişarı ovxarlıyarmı.
Tək tənha
otaqda qalmışam indi,
Mənim qalmağımın
mənası varmı.
Əldən həvəs
gedib, cavanlıq gedib,
Oturub günləri
çözələyirəm
.
Nə qədər
yaxşılıq,
yamanlıq gedib,
Sözün ələyindən
söz ələyirəm.
Mən şübhə
etmirəm elin gözünə,
El ayırd
eyləyir yaxşını, pisdən.
Bir nadan
düşməsin mənim izimə,
Allahım, qorusun məni
bəd üzdən .
Yaralı ürəyim
yüklənib dərdlə,
Dostluğun günəşi
çıxmır buluddan.
Neçə il
yol getdim sən
tək namərdlə,
Bizim üzümüzə
sökülmədi dan!
Комментарии
Отправить комментарий