Qışın yaz nəfəsi.
Qışın yaz nəfəsi.
Dağlar
yaz nəfəsli, çöllər yamyaşıl,
Al
əlvan paltarda görünür meşə.
Alma
yetişibdi öz vədəsində,
Qarabağ
dərdini çəkir bənövşə.
Quzqulaq,
gicirtkan, şomu, əvəlik,
Səbzinin
qönçəsi ləçək-ləçəkdi.
Gözüm
gözəllikdən doymur hələlik,
Bu da
göz dərmanı Sarıçiçəkdi.
Gədikdən
boylanır alağöz Əlik,
Necə
də şəndilər Arıquşları.
Koldan-kola
səkir xınalı kəklik,
Yağlıca
bəzəyir çopur daşları.
Yalçın
qayalarda gəzir çəpişlər,
Qoyundan
yun çəkir burda böyürtkan.
Otun
xalisini gəzir çəpişlər,
Onları
qorxutmur nə kol, nə tikan.
Turş
alça sapsarı, qızıl don geyib,
İtburnu
kolunu yellədir külək.
Zirinc
libasını qızıldan geyib,
Budaqlar
əyilib qövsi-quzeh tək.
Xəmirə
dönübdür əzgil, daşarmud,
Yaman
lalıxlayıb zoğal da burda.
Xaraba
qalıbdı o yaldakı yurd,
Bir
kimsə köçməyir dağılmış yurda.
Qartal
uzaqları yenə seyr edir,
Sürülər
dolanır yalı, yamacı.
Cırtanın
dostları oduna gedir,
Hərənin
əlində bir yağ yaxmacı.
İçimi
göynədir kütləvi məzar,
Bir
vaxt tariximiz qanla yazıldı.
Qoca
Füzulimiz köçdü intizar,
Bala
Füzulinin əli qızıldı.
O,
dağlar oğludu söykənib dağa,
Dağların
mehiylə gəlibdi cana.
Ürəkdən
bağlanıb ana torpağa,
Sidq
ilə vurulub Azərbaycana.
Комментарии
Отправить комментарий