Gözü yolda qalan kəndim.
Gözü yolda qalan kəndim.
Günlər
atlı olub, mən də piyada
Qovuram-qovuram
çata bilmirəm.
O
gözəl yerlərim düşəndə yada,
Yuxum
ərşə çıxır, yata bilmirəm.
Həvəsim
tükənir, gücüm azalır,
Daşı
daş üstünə qoya bilmirəm.
Könlüm
bu düyadan kamı az alır,
Vüsal
çeşməsindən doya bilmirəm.
Elə
gün olmaz ki, salmayam yada,
Dişimi
göynədən buz bulaqları.
Özümü
vursam da alova, oda,
Qaytara
bilmirəm ötən çağları.
O
doğma kəndimin hər qarışını,
Gedəm
qarış-qarış gəzəm yenidən.
Öpəm
Cəvizdiyin çopur daşını,
Enib
Qoşadaşda üzəm, yenidən.
Nə
körpə uşağam, nə də dəliyəm,
Hərdən
baxışlarım uşağa dönür.
Yaşım
qarısa da, dərrakəliyəm,
Bəzən
dərd içimdə bir dağa dönür.
Gözümün
qorası daş yarır indi,
Soğan
tək soyulur dərdli ürəyim.
Unuda
bilmirəm o doğma kəndi,
Kəbəm,
Kərbəlamdı kəndim, kəsəyim.
Orda
dişərmişəm, orda birmişəm,
Orda
cücəribdi ilk məhəbbətim.
Qoyuna,
quzuya orda getmişəm,
Orda
dada gəlib sözüm, söhbətim.
Vətənə
məhəbbət, torpağa istək,
Anamın
südüylə keçib qanıma.
Gedəm
Göbəkdaşı yalayam duz tək,
Onun
narın tozu hopa canıma.
Yadımdan
çıxmayır Kahaqabağı,
Cənnətməkan
idi Hacının bağı.
Ağırlıq
bilmirəm üstümdə dağı,
Olsa
bir zərrəsi Vətən torpağı.
Комментарии
Отправить комментарий