Bilmirəm.
Bilmirəm.
Bilmirəm
məni Allah yaradıb,
yoxsa dəmirçi döyüb.
Allah
yaradıbsa, niyə məndən əyib?
Yolumu
bağlayıb, bəxtimin
kələfini düyünə salıb.
Neçə
illərdir ki, Vətən mənə tamarzı qalıb.
Tapılmır
dərdimin dərmanı,
Töküldü
igidlərin günahsız qanı.
Hopdu,
Soltan bəyin bizə,
Əmanət
qoyduğu müqəddəs torpağa
Bir
afat küləyi əsdi, cənnət Qarabağa
Xocalının
başına göydən od-alov töküldü
Dağların
vüqarı əyildi, beli büküldü.
Məni
dəmirçi döyübsə, hanı mərdliyim,
Hanı
sərtliyim.
Məni
yaradan Allah, mən də onun bəndəsi
Niyə
Tanrıya çatmır ana fəryadı,
vay-şivən səsi.
Canımı
alıb qorxu, gözümdən perik düşüb
Ərşə
çəkilib yuxu
O
şirin yuxuya yadırqamışam
Cələdə
çırpınan fağır bir quşam
Qorxumu
canımdan qoparıb atmalıyam
Silaha
sarılıb Vətənin dadına çatmalıyam.
“Vartanları”,
ayağımdan dartanları,
Yer
üzündən silməliyəm.
Öləndə
də, kişi kimi ölməliyəm!
Bilmirəm
məni Allah yaradıb, yoxsa...
Комментарии
Отправить комментарий