Əsrin fenomeni
Əsrin fenomeni
Dili
Azərbaycan dili,
milləti Azərbaycan milləti, dövləti Azərbaycan dövləti adlanan
yeni, müstəqil Azərbaycanı yaradan, millətimizi, Vətənimizi məhvolmadan xilas edən böyük sərkərdə,
ümummilli lider, Ulu öndər,
XX əsrin
ən böyük şəxsiyyəti Heydər Əlirza oğlu Əliyevin misilsiz xidmətiləri danılmazdır.
Tarix güclu, qüdrətli şəxsiyyətləri həmişə sevir, əbədiləşdirir, ululaşdırır və ürəklərdə heykəlləşdirir. O şəxsiyyətləri ki, onlar öz xalqını yüksəklərə qaldırır və gözəl gələcəyə aparır. O şəxsiyyətləri ki, onlar böhranlı anlarda meydana çıxır və millətin hərcmərclik girdabına yuvarlanmasının, araya ədavət toxumu səpilməsinin, qarşıdurmanın qarşısını alır. O adamları ki, onlar həyatlarını şərəf və ləyaqət ideyalarına həsr edir.
O, adamlar ki, onların müdrikliyi xalqının şüurlarını nurlandırır və məqsədlərinə çatdırır. O, adamları ki, gələcək nəsillər naminə qurub yaradır və milli dövlətçilik binasının özülünü qoyur. Azərbaycan dövlətinin binasını kərpic-kərpic, zərrə-zərrə yığan, möhrə-möhrə ucaldan tarixin bizə bəxş etdiyi əsl memar
və xilaskar Heydər Əlirza oğlu
Əliyev idi.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il may ayının 10-da anadan olmuşdur. Azərbaycanın gələcək liderinin, dünyanın ən qüdrətli, güclü rəhbərlərindən birinin uşaqlığı və gəncliyi qızmar günəşli, oğlu, qızı qeyrətli, torpağı
bərəkətli qədim Naxçıvan torpağında keçmişdir. Heydər Əlirza oğlu bu gözəl cazibədar məkanda oxumuş, dünyanın böyüklüyünü, müqəddəsliyini dərk etmiş,
çılğın hisslərini cilovlamış, xarakterini formalaşdırmışdır.
1969-cu ilin yayında
Azərbaycanın rəhbərliyinə siyasət aləmi üçün, hələ cavan,
işgüzar, məqsədyönlü bir
insan gəldi. Onun iradəli xarakterində, iş üslubunda hər cür ətalətə, fəaliyyətsizliyə, köhnəliyə, mühafizəkarlığa qarşı nadir hallarda təsadüf edilən dözümsüzlüklə köhnəlmiş forma
və strukturların yeniləşdirilməsində, müasirləşdirilməsində işgüzar tutarlılıq,
dəqiq qənaətkarlıq keyfiyyətləri harmonik
şəkildə uyuşurdu.
Bu adam Heydər Əliyev
idi. Bu çağacan o, Dövlət Təhlükəsizlik Komitəsində general
rütbəsində ciddi idarəçilik məktəbi keçmişdi.
Azərbaycan üçün
strateji əhəmiyyət kəsb edən bütün bunlar
və xeyli digər məsələlər müvəffəqiyyətlə həyata keçirildi.
Heydər Əliyevin nəhəng fəaliyyətinin nəticəsində Azərbaycanın
sənaye profili kökündən dəyişdi, bütün
infrastrukturu islah edildi, kənd təsərrüfatı modenləşdirildi, respublikanın qədim paytaxtı intibah dövrü keçirdi. Bakıda, Sumqayıtda,
Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda milli hərbi kadrlar hazırlayan C. Naxçıvanski adına məktəb fəaliyyətə başladı. Həmin illərdə respublikada dünya mədəniyyətinin Qara Qarayev və Fikrət Əmirov,
Niyazi və Səttar Bəhlulzadə, Rəsul Rza və Lətif Kərimov kimi korifeyləri səmərəli fəaliyyət göstərdilər. Nəhəng dövlətin xalqları
Azərbaycanın
özləri üçün yenidən kəşf etdilər: faşizmin darmadığın edilməsindəki görkəmli xidmətlərinə görə Bakı ölkənin ən yüksək mükafatına layiq görüldü. Simferopolda və Sembek yüksəkliyində Böyük Vətən müharibəsi cəbhələrində qəhrəmancasına döyüşən Azərbaycan diviziyalarının
şərəfinə monumental abidələr ucaldıldı.
Azərbaycan neft-maşınqayırma,
məişət kondisionerləri, elektrik mühərrikləri, elektrotermik
avadanlıq, soyuducular, sintetik kauçuk, elektrik kabelləri, boru-prokatı və başqa məhsullar buraxılışı sahəsində sabiq SSRİ-də qabaqcıl mövqelərə çıxdı.
Gələcək işlərin miqyası onun tükənməz işgüzarlıq
şövqü, mənəvi qüdrət və intellektual
səviyyəsi ilə tam uyarlıq təşkil edir. Kreml Heydər Əliyevə nəhəng ölkənin həyatının maşınqayırma,
yüngül sənaye, nəqliyyat və təhsil kimi
ən mühüm sahələrinə nəzarət etməyi tapşırır.
O, BAM-ın tikintisinə, magistral
xətt boyunca yüzlərcə stansiya,
vağzal, şəhərlərin inşasına
rəhbərlik edir.
Paytaxtın V. İ. Lenin adına Ümumittifaq Kitabxanası, Böyük Teatr və s. nüfuzlu obyektlərinin yenidənqurma işləri də onun sərəncamına daxil idi.
Bütün bu işlərlə bərabər, Heydər Əliyev doğma Azərbaycanı da unutmurdu. Onun təşəbbüsü ilə Bakı beynəlxalq konfranslar və simpoziumlar məskəninə çevrilir. Bütün ölkə, bütün dünya dahi Nizaminin qarşıdan gələn yubileyini
bayram edir. Qazax şairi O.Süleymanov Heydər Əliyev üslubunun dinamizmindən heyrətlə danışır: «Azərbaycan dahisinin 850 illiyini gözləmədən, Heydər Əliyev
artıq indi, şairin irsinin öyrənilməsi və təbliği kimi nəhəng bir işə başçılıq edir. Nə etmək olar, Nizami
belə tələsikliyə layiqdir!»
Minillik tarixi olan bənzərsiz Azərbaycan memarlığı
panoromasında bu tikililər layiqli
yer tutur. Nəhəng şəhərin inzibati-mədəni mərkəzini təzə yaşayış
və sənaye rayonları
ilə birləşdirən yeni metro stansiyaları açılır.
Gəncədə iri yük
maşınları zavodunun tikilməsi, Xəzər dənizinin Azərbaycan sahillərinin SSRİ-də əhəmiyyətinə görə ikinci kurort
zonasına çevrilməsi haqqında
ali hakimiyyət dairələrində qəbul edilmiş
qərarlar respublikanın ən inkişaf etmiş dövlətlər cərgəsinə çıxmağına yol açır. Heydər Əliyevin və onun komandası sırasında olan layiqli silahdaşlarının,
özünün yetişdirdiyi kadrlar qrupunun səyi ilə Azərbaycanda güclü intellektual potensial qüvvə yaradıldı. Ancaq tarixin öz qanunları var, artıq nəhəng dövlət can verməkdə ikən onun bir hissəsi çiçəklənə bilməz. SSRİ-nin məhvə doğru getməsinin labüdlüyü yetişirdi.
1987-ci ildə Heydər Əliyev
istefa verməyə məcbur olduqdan və siyasi fəaliyyətdən uzaqlaşdıqdan sonra Ermənistanın Azərbaycan əleyhinə çıxışları
güclənməyə başladı.
Bir qədər keçdikdən sonra, 1988-ci il fevralın 20-də Xankəndində vilayət xalq deputatları sovetinin sessiyası Azərbaycan və Ermənistan parlamentlərinə vilayətin Ermənistana
«birləşdirilməsi» barədə qərar qəbul etdi.
Moskva zahirən erməni separatçılığını müdafiə etmir, hətta Sov. İKP. MK. DQMV-in birləşdirilməsinin qeyri-mümkünlüyü
barədə əlahiddə qərar da qəbul edir.
1988-ci ilin noyabr-dekabr aylarında olan hadisələrin xronikası
ağır olsa da, onu yadda saxlamaq lazımdır. AXC və respublika prokrorluğunun məlumatında deyilir: 1988-ci ilin noyabr ayının 28-dən dekabr ayının 8-dək kütləvi sürətdə Azərbaycanlılar yaşayan 22 rayonun 185 yaşayış məntəqəsinə quldurcasına
basqın edən erməni vəhşiləri 217 nəfəri müxtəlif işgəncə ilə qətlə yetirmişlər. Onlardan 49 nəfəri divan
tutulmaqdan qorxub qaçarkən dağlarda
borana-çovğuna düşüb donmuş, 41 nəfəri qəddarlıqla
döyülüb öldürülmüş, 115 nəfər diri-diri yandırılmış, 16 nəfəri güllələnmiş, 10
nəfər təhqirlərə dözməyib infarkdan
ölmüş, 2 nəfər erməni həkimləri tərəfindən xəstəxanda ölmüş, 3 nəfər suda boğulub
öldürülmüş, 1 nəfər asılmış, 1 nəfər əzablardan
qurtarmaq üçün özünü öldürmüş, 1 nəfər elektriklə öldürülmüş, 2 nəfərin başı
kəsilmiş, 29 nəfər qəsdən avtomsobilin altına salınmaqla öldürülmüş, 3 nəfər xəstəxanada olarkən tibbi xidmət göstərilməməsi nəticəsində öldürülmüş, 8 nəfər oğurlanmışdır.
Öldürülmüşlərdən 57 nəfər qadın, 5 nəfər körpə uşaq, 18 nəfər müxtəlif yeniyetmələrdən ibarət olmuşdur.
Qırğın Ermənistanın
19 rayonu, 11 şəhərində törədilmişdir.400-dən çox yük maşını qarət edilmiş, 25 min ailənin əmlakı talan
olunmuş, 40,897 azərbaycanlı
ailəsi, 250 min azərbaycanlı məcburi qaydada deportasiya edilmiş, mənzil və əmlaklarından məhrum olmuşlar.
…1990-ci il
yanvarın 20-də Azərbaycan üzərinə ən dəhşətli gecə çökmüşdü.
Bakıya, respublikanın digər şəhər və rayonlarına Sovet
ordusunun hissələri zorla soxulmuşdular. Onlar qabaqlarına çıxanı dağıda-dağıda,
məhv edə-edə respublikanın içərisində qocalar,
qadınlar, uşaqlar olan günahsız vətəndaşları al qanlarına qəltan etdilər. Bakıdakı dəhşətli hadisələr Sovet İttifaqının
tam iflası demək idi. Öz
vətəndaşlarına
qarşı hər cür dəhşətli cinayətlər törədən hər hansı bir dövlətin gələcək tarixi
mövcudluğuna heç bir haqqı yoxuydu. Azərbycan saysız-hesabsız qurbanlar verməklə, sabiq SSRİ-də ilk dəfə olaraq öz şərəfinin, ləyaqətinin və müstəqilliyinin
müdafiəsinə qalxdı.
Bu faciəli günlərdə Azərbaycan xalqı
Moskvanın əlaltısının
rüsvaycasına Bakıdan qaçdığından xəbər tutdu və nəhayət uzun sükutdan sonra öz liderinin səsini eşitdi. Ertəsi gün Bakıdakı qanlı qırğından sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində Heydər Əliyev
mərkəzin Bakıda
keçirdiyi vəhşicəsinə cəza əməliyyatını hiddətlə ittiham
edən bəyanatla çıxış
etdi. O, çoxdan ayrıldığı M. S. Qorbaçovun siyasəti ilə kəskin şəkildə razı olmadığını bildirdi. Bu, mahiyyətcə ev dustağına
çevrilmiş və mühafizə orqanlarının sayıq müşahidəsi altında olan insan tərəfindən cəsarətli vətəndaşlıq hərəkəti idi.
1991-ci ildə uzun fasilədən sonra Heydər Əliyev Naxçıvana qayıtdı. Bakıdan fərqli olaraq burada o tam təhlükəsizlik şəraitindədir. Hərçənd həmin illərdə bu məfhum nisbi
məna kəsb edirdi.
Təhlükə başqa səpkidə mövcud idi-Naxçıvan
Ermənistan tərəfindən möhkəm halqaya
alınmışdı. Sərhədyanı rayonlar daim atəşə tutulur,
silahlı təxribatlara
məruz qalırdı. Lakin xarici düşmənlə vuruşmaq
asandır, hər halda onun
düşmən olduğunu bilirsən. Heydər Əliyev
Naxçıvana hücum təhlükəsini aradan qaldıra bildi və atəşkəs recimi barədə saziş imzalanmasına
nail oldu.
Bununla o, bir növ Bakıya, hakimiyyət uğrunda mübarizəni davam etdirən Moskvanın əlaltılarına milli istiqlaliyyət, müstəqillik, suverenitet
uğrunda necə siyasət aparmaq nümunəsi göstərdi. Heydər Əliyev sərhəddi əcnəbi sərhədçilər kontingentindən təmizlədi, uzun onilliklərcə Arazın ayırdığı
Naxçıvan və Cənubi Azərbaycan azərbaycanlıların bir-birlərilə ünsiyyət saxlamalarına imkan yaratdı. O, Türkiyədə, təntənəli açılışına Türkiyə Respublikasının baş naziri Süleyman Dəmirəlin gəldiyi körpü saldırdı. İki il ərzində-1991-ci
ildən 1993-cü ilədək o, Naxçıvan
Muxtar Respublikasının spikeri və eyni zamanda
Ali Soveti sədrinin müavini
vəzifələrini tutdu. O, misli görünməmiş sürətlə Türkiyə və İranla siyasi, iqtisadi, ticarət əlaqələrini inkişaf
etdirdi. Bütün bunlar cəbhə xətti diyara
çevirmiş Naxçıvanda mühasirənin əzab-əziyyətini yüngülləşdirməyə, normal həyat tərzinə şərait yaratdı.
Hərçənd çətin idi-elektrik, istilik, ərzaq çatışmırdı. Lakin sabitlik təhlükəsizlik, sülhün
təmin olunması hissləri naxçıvanlılara qüvvə verir, mühasirə sindiromunun dəf olunmasına köməklik göstərdi. Onlar ən ağır anlarda xalqı ilə birlikdə olan liderinə inanırdılar. Bu inam Azərbaycanın kiçik bir hissəsi olan Naxçıvana saysız-hesabsız müsibətlər və təhlükə qarşısında tab gətirməyə kömək edirdi.
Lakin Azərbaycanın qalan yerlərində vəziyyət gərginləşirdi. Şuşa,
Laçın, Kəlbəcər və sairə yaşayış məntəqələri düşmənə təslim edildi. Erməni quldurlarının Xocalıda törətdikləri soyqırım
bütün dünya ictimaiyyətini sarsıtdı.
Təkcə Azərbaycanın şəhərləri deyil, həmçinin onun fərsiz liderləri də məğlubiyətə uğrayırdılar.
Məmləkətimiz fəlakət burulğanında
boğulduğu bir zamanda bacarıqlı sərkərdə, müdrik
rəhbər, dünya
görmüş ağsaqqal H. Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldi. Onun gəlişi ilə respublikada
həm daxili, həm də xarici siyasətdə bir saflaşma,
paklaşma, təmizlənmə duyuldu,
siyasi iqlim əsaslı dəyişdi, qanun
mexanizmi işlədi. Daxildəki didişmələrə, hakimiyyət davasına, özbaşınalığa,
qanunsuz silah saxlamalara, uşaq oğurluğuna
son qoyuldu, respublikada siyasi sabitlik yarandı. Əhali vahimədən, hədədən-qorxudan xilas oldu, rahat nəfəs aldı. Nəhayət, insanların
hüququnu müdafiə edən tapıldı, ölkənin əhalisi özünə gəldi. Saz
tutub söz qoşdu:
Xalq özünün taleyinə və tarixi gərdişinə layiq liderə nail oldu. Heydər Əliyev ümumxalq səsvermə yolu ilə Azərbaycan Respublikasının
Prezidenti seçildi. Prezident vəzifəsinə başlayarkən o Qurana əl basaraq and içdi: «And içirəm ki, Azərbaycan Respublikasına, Azərbaycan xalqına ləyaqətlə xidmət edəcəyəm, müstəqil dövlətimizin sivilizasiyalı dünya dövlətləri arasında,
dünya birliyində ləyaqətli yer tutumasına
çalışacağam». O, elə oradaca
da bəyan etdi: «Yolumuz aydındır və biz dəfələrlə bu barədə bəyan etmişik-bu,
demokratiya yoludur».
Qanun qələbə çaldı. Ölkə hakimiyyətsizlik və anarxiya dəhşətləri yuxusundan oyandı.
Qardaş qırğınının, vətəndaş qarşıdurmasının,
vətəndaş müharibəsinin qarşısını əsl ağsaqqal müdrikliyilə aldı, təhlükə sovuşdu,
qardaş qanı tökülmədi.
Heydər Əliyevin
digər vacib siyasi aksiyası cəbhədə atəşkəs recimi yaradılmasına yönəldilmiş təşəbbüsüdür.
O, çıxışlarında və müsahibələrində dəfələrlə söylədiyi formulaya
axıradək sadiq qalmışdı:« Azərbaycan xalqı bütün dinlər və etnosların
nümayəndələri üçün eyni hüquq bərabərliyinə malik dünyəvi demokratik ölkə qurur». Liderin həyata keçirdiyi siyasi kursa müvafiq olaraq deyilmiş
bu sözləri respublikanın həyatının təcrübəsi öz-özlüyündə təsdiqləyir. 1993-cü ildən 1998-ci ilədək həqiqətən tarixi hadisələr baş vermişdir.
Respublikada ilk dəfə olaraq ümumxalq
referendumu nəticəsində suveren
dövlətin Konstitusiyası qəbul edilmiş, demokratik yol ilə parlament seçilmişdir.
1994-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın
aparıcı neft şirkətləri konsorsiumları arasında «Əsrin
kontraktı» müqaviləsi imzalandıqdan
sonra Azərbaycana külli miqdarda xarici kapital axını erası başlamışdır.
Respublikada kapital qoyuluşu üçün maksimum əlverişli şəraiti yaradılır. Özəlləşdirmə və torpaq islahatı
sahəsində də mühüm nailiyyətlər qazanılmışdır.
Azərbaycan Böyük İpək Yolunda mühüm yolayrıcı kimi öz nüfuzunu bərpa edir: yeni nəqliyyat dənizi bu gün Mərkəzi Asiya,
Azərbaycan, Gürcüstan və Avropanı birləşdirir. «Bakı-Ceyhan» neft kəmərinin inşasının
başa çatması lahiyəsi həyata keçirilməkdədir.Bu kəmərlə Aralıq dənizi portlarına nəinki Azərbaycan,həmçinin Qazaxıstan və Türkmənistan «böyük»nefti
axıdılmalıdır.
Heydər Əliyevin
tarixi xidmətlərindən biri, ən önəmlisi Azərbaycan dilinin Dövlət dili olmasına nail olmasıdır.
Heydər Əliyev
tərəfindən irəli sürülmüş
qlobal sülh və əməkdaşlıq siyasətinin bütün ölkələr və qitələr boyu zəfərli yürüşünü
«Qafqaz əmiri»nin («Fiqaro» qəzeti Azərbaycan liderini
belə adlandırırdı) sülh təşəbbüsləri barədə ABŞ və Böyük Britaniyanın,
Fransa və Türkiyənin, İtaliya
və Almaniyanın, Yaponiya və Çinin kütləvi informasiya vasitələri, görkəmli dövlət xadimləri, siyasətçilər planetimizin
vətəndaşları
hörmət və heyranlıqla
qarşılayırlar.
1997-ci lidə 60 mindən çox auditoriya sorğusunun nəticələrinə görə Türkiyənin «Nərgiz TV» televiziyasının «İlin adamı» mükafatının ona
təqdim olunması buna nümunələrindən biridir.
2003-cü il oktyabr ayının 1-də ulu öndərimiz, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqına müraciəti də dahi şəxsiyyətin uzaqgörənliyindən xəbər verirdi:
«Üzümü sizə, həmvətənlərimə tutaraq
qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intelektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını
gözəl bilən, enerci
və təşəbbüskar bir şəxsiyyətdir. Sizi
əmin edirəm ki, həm İlham Əliyev,
həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirirək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim tale yüklü məsələləri, planları,
işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram
və gələcəyinə böyük ümidlər bəsləyirəm».
Əvəz Mahmud Lələdağ
Sumqayıt şəhər
Комментарии
Отправить комментарий