Mən
Mən
Ömür keçib, yaş qarıyıb,
Dirənmişəm yoxuşa mən.
Susuzluqdan bağ quruyub,
Tamarzıyam yağışa mən.
Evdən çölə
çıxammıram,
Dərdi-qəmi yıxammıram
Xeyli vaxtdır
baxammıram,
Xumarlanan baxışa mən.
Gözlərimin nuru gedib,
Yaş qalıbdır, quru gedib.
Nə
gedibsə,
duru gedib,
Bənd olmuram çox
işə
mən.
Qürbət eldə
Əvəz
ölməz,
Vətənsizin üzü gülməz.
Ürəyimə
təpər gəlməz,
Çatanmasam
«Naxışa» mən
2011
Комментарии
Отправить комментарий