Səni görəndə
Səni görəndə
Ömür təzələnir, gün təzələnir,
Gülüm, küçəmizdə səni görəndə.
Üstümə nur yağır, sevinc ələnir,
Gülüm, küçəmizdə səni görəndə.
Şirin söhbətlərin, şəkər sözlərin
O süzgün baxışın, ala gözlərin
Salır gözlərimdən
yad gözəlləri.
Gülüm, küçəmizdə səni görəndə.
Tək səni sevirəm, səni, göyçəyim
Saralıb soldurma məni, göyçəyim
Qovaram dumanı, çəni, göyçəyim
Gülüm, küçəmizdə səni görəndə.
Eşqinin oduyla yanıram şam tək,
Hicran yanğısına tab etmir ürək.
Gül açar içimdə min arzu, dilək
Gülüm, küçəmizdə səni görəndə
Комментарии
Отправить комментарий