Bilmədim


  Bilmədim

Didəmdən tökülən qanlı yaşları
Əlləşdim, çalışdım, silə bilmədim.
Düşmən fitnə ilə girdi hər dona,
Onun hiyləsini bilə bilmədim.

Baldırğanlı gözə, yarpızlı dərə,
Dollannam başına gəlib yüz kərə.
Coşğun cavanlığı verdim hədərə,
Bir də görüşünə gələ bilmədim.

Həsrətdən olubdu bu könlüm qübar,
Fələkdən bəxtimə düşüb ahı-zar.
Sənin bərabərin, tayın harda var,
Yolunda can verdim, ölə bilmədim.

Vətənin ləzzəti, dadı canımda
Buz bulaqlar cövlan edə qanımda.
Əvəz Lələdağı gördüm yanımda,
Halına sevinib, gülə bilmədim.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri