Xoş xəbər deyin mənə
Xoş xəbər deyin mənə
Qəlbimdə
yuva qurub
Vətən dərdi.
Gülşənimin
güllərini
yetən dərdi,
Hər
yoldan ötən dərdi.
İçimi
göynədir yurd yanğısı,
Torpaq
harayı
Yad
əllərdə inləyir
Xanqızın
sarayı,
Vaqifin
məqbərəsi.
Məni
yandırır-yaxır.
Bu
qəmli qaboy səsi.
Köksümü
parçalayır,
anaların naləsi.
Xonçası
açılmayan,
qızların şivən səsi!
Ağlamaqdan,
gözümüzdə yaş qalmadı.
Talan
olan yurdumuzda
Daş
üstündə daş qalmadı.
Bağlar
yandı çırtım-çırtım,
Budaqlarda
quş qalmadı.
Düyünləri
açmaq üçün,
Düşünməyə
baş qalmadı.
Qəlbimdə
yuva qurub
Vətən dərdi.
15
ildir azalmayır,
kəm olmayır,
Bu
millətin Vətən dərdi.
Bu
torpağın sinəsinə
dağ basılıb
Qəlbi
olub qabar-qabar,
cadar-cadar
Bu
həsrətin nə əvvəli,
nə sonu var.
İldə bir yol
Yaraların qaysağını
qoparırlar.
El-obanın qəm yükünü
Qatarlara yükləyirlər,
eldən-elə aparırlar.
Nə faydası?
Ayda bir yol yas qurulur,
torpaq yası.
Nə faydası?
Yaylağıma köçdü yağı,
Buz
bulağın buz suyundan
içdi yağı.
Qüvvətləndi, qanıqlaşdı.
Çörək
verdik itirdilər
Sinələri
parçalayıb,
Ürəkləri
götürdülər,
Böyrəkləri
götürdülər.
O, vəhşilər, yırtıcılar
Sağlam
qanı sümürdülər.
İgidlərdə
qan qalmadı.
Əldən-dildən düşdü əsir,
Əzrayıla can verməyə
Soydaşımda can qalmadı.
Ataların
beli sındı,
Oğulları
ağaclara bağladılar.
Gəlinlərin
sinəsini
çalın-çarpaz dağladılar.
Şir
biləkli, qurd ürəkli
oğul yandı, külə döndü.
Min-min evdə ocaq söndü.
Çəmən-çəmən güllərimi
sel apardı.
Zəmilərim
vəğən oldu,
Afat
gəldi, yel apardı.
İtirmişik
bəndimizi,
bərəmizi, yolumuzu,
İtirmişik
qocamızı, qarımızı
ulumuzu.
Bu
nə əzab, əziyyətdi
biz çəkirik,
qadir
Allah?
Nədir
bizim günahımız,
nədir Allah?
* * *
Sizi
and verirəm o bir Allaha,
Ulduzlu
gecəyə, aydın sabaha.
Bəd xəbər deməyin mənə!
Rica
edirəm,
yalvarıram dönə-dönə,
Bəd
xəbər deməyin mənə!
Bəd
xəbər dinləməkdən
qulaqlarım kar olub
Bəd
xəbər düyünlənib
Dilimdə
qabar olub
könlümdə qübar olub.
Bəd
xəbər zindan olur,
asılır ürəyimin çiynindən,
Yolumu
kəsir qatı duman, çən
Göz
yaşım şırım açır,
izi qalır üzümdə.
Suyu
quruyub gedir,
duzu qalır üzümdə.
Bəd
xəbər eşidəndə ayağımın altından,
elə bil ki yer qaçır.
Dağlar
lərzəyə gəlir,
komam başıma uçur.
İçimi
qurd kimi sökür bəd xəbər,
Üstümə
od-alov tökür bəd xəbər.
Dərdi
dartıb gətirir
göyün yeddi qatından.
İgidləri
endirir gözəlliyin atından.
Körpə
təbəssümünü
çilik-çilik eyləyir,
Məhəbbətin
qəddini
büküb
sındırır, əyir.
Güllər
qönçədə solur,
arzum niyyətim ölür.
Bəd
xəbər deməyin mənə!
20
Yanvar-bəd xəbər,
Fevral
tamam qəm, kədər.
Martın
sonu qırıldı,
Millətimiz
en qədər.
20
Noyabr-bəd xəbər,
Yanıb
kül oldu ərlər.
«Şuşa getdi», bəd xəbər,
«Laçın getdi», bəd xəbər.
Yurddaşların, soydaşların
Köçü
getdi, bəd xəbər!
Haray
salır Kəlbəcər,
İnildəyir
Zəngilan.
Gülşənimə
daraşıb
haçadil
gürzə
ilan.
Başı
əzilə gərək,
Dişi
əzilə gərək.
İlan
ulduz görməsə ölməz,
Donuz
xoşluqla darıdan çıxmaz,
ovsuna gəlməz…
Haray
çəkir Qubadlı,
Qəfil
girdaba düşdü,
Min
piyada, min atlı.
Ufuldayır
Xankəndi,
Ağdam
nə çəkir indi?
Ey
insanlar! A qardaşlar!
Ey
həqiqət sevən kəslər!
Rica
edirəm, yalvarıram dönə-dönə,
Şad
xəbər deyin mənə!
Şad
xəbər deyiləndə,
damarda qanım coşur.
Yaratmağa, qurmağa
həvəsim aşır-daşır.
İlhamımın
qoluna
güc gəlir, qüvvət gəlir.
Gözlərimə
nur qonur,
dizimətaqət gəlir.
Şad
xəbər deyin mənə!
Pəncərəmi, qapımı döyün,
Deyin!
Muştuluq
ver, muştuluq,
Yurdumuz
azad oldu,
Kədər
bizə yad oldu.
İnsanların
gözündə
Yandı
ümid çırağı
Xankəndində
yellənir
Azərbaycan
bayrağı!
Sevincimə
qarşısın,
Quşların
qəhqəhəsi,
Yer
üzünü bürüsün
Azadlığın
haqq səsi,
Xarı
bülbül nəğməsi.
Ey
insanlar! A qardaşlar!
Ey
həqiqət sevən kəslər!
Rica
edirəm, yalvarıram
acizanə,
Şad
xəbər deyin mənə!
Xoş
xəbər deyin mənə!
17.01.2007
Комментарии
Отправить комментарий