Naxışlar
Naxışlar
(Bir xalçada gördüyüm naxışlar məni duyğulandırdı.)
Elə ilk baxışdan, elə ilk andan,
Ağlımı başımdan aldı naxışlar.
Xəyal yelkənimi çəkdi uzağa,
Nənəmi yadıma saldı naxışlar.
Bu yelən, bu çeşni mənə tanışdı,
Bunları görəndə könlüm alışdı.
Necə dil-dil ötdü, necə danışdı,
Sirdaşım, həmdəmim oldu naxışlar.
Bura Əyriqarın ağaran qaşı,
Bu da Üçtəpənin Göbəkli daşı,
Məni ovsunladı hər addım başı,
Təzəcə açılmış güldü naxışlar.
Bu hicran yanğısı qəlbimi üzür,
Gördüm Arxaşanı, Ağyalı gəzir.
Dözülməz dərdlərə Əvəzdi dözür,
Qaldhı yaddaşımda,
qaldı naxışlar.
1992
Комментарии
Отправить комментарий