Dağların
Dağların
Arabir könlümə gör nələr düşür,
Göyərə döşündə sözüm dağların
Belə bir məqamda, belə bir anda,
Çəkəm keşiyini özüm dağların.
Kəklik qaqqıldaya, qartal qıy çəkə,
Buludlar kövrəlib göz yaşı tökə.
Çən-duman sılaşıb üstümə çökə,
Yatam qucağında bizim dağların.
Ay üzlü bir canan yanımda ola,
Turunc məmələri əlimdə ola.
Məhəbbət xəncəri qınında ola,
Təpik mənim ola, dözüm dağların.
Elə bildim yar oyandı
Çalbayardı şimşək çıxdı,
Sandım qılınc qından çıxdı.
Bəlkə Qırat şahə qalxdı
Daşa dəydi polad nalı?
Həcər nənə fikrə daldı,
Şah dağı tək çalma çaldı.
Külək əsdi, yerə saldı,
Ağ cunanı, ipək şalı.
Sübh şəfəqdən donun geydi,
Şeh çiçəyin boynun əydi.
Yar əlinə əlim dəydi
Dodaq oldu beçə balı.
Zirvələrdə günəş yandı,
Qızıl teli haçalandı.
Elə bildim yar oyandı
Şölələndi ay camalı
Комментарии
Отправить комментарий