Qara eynək
Qara eynək
Çoxları elə bilir
Mən
kefimdən taxıram
Bu
zil qara eynəyi.
İnanın, gözlərimə
Yoxdur
onun köməyi.
Mən
onu taxıram ki,
Yaltaqları
görməyəm,
Qorxaqları
görməyəm.
Mən
onu taxıram ki,
Sırtıq
üzlər görməyəm,
Millətimin
içində
Pozğun
qızlar görməyəm.
Xalqıma
böhtan atan
Qaçıb
kölgədə yatan
Nadanları
görməyəm,
Min
sifətli,
qəlbidaş
İnsanları
görməyəm…
Çoxları
elə bilir
Mən
kefimdən taxıram
Bu
zilqara eynəyi.
İnanın, gözlərimə
Yoxdur
onun köməyi.
Комментарии
Отправить комментарий