Olmaz


           Olmaz

Yalan kəlmə desən,dilim,
Doğrasın dilim, dilim.
Yad gülünü dərmə, əlim,
Yad gülündə ətir olmaz.

Kin yaşatma, ürək sən ,
Dözüm olsun gərək səndə.
Xeyirxahlıq görək səndə,
Kinlilərdə xətir olmaz.

Özgələrdən yığıl,gözüm,
Al-qumaş ol mənə,bezim.
Əvəz, budur sənə sözüm,
Qonşu paydan yatır olmaz!


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal