Sözün sehri
Sözün
sehri
Sözdə hünərə
bax,
cəsarətə bax,
Məhəbbət qalası
alınır sözlə!
Sevdiyin o
şikar ahu olsa
da,
Tutulub qəfəsə
salınır sözlə.
Dodaqdan süzülən
bal kimidi söz,
Eşqin qıfılı
da sözlə açılar.
Haqqa doğru
gedən yol kimidi
söz,
Haqdan haqq
yoluna şəfəq saçılar.
Söz
var deyiləndə qəlbinə
yatar,
Söz də
var məlhəmdir çarəsiz
dərdə.
Söz də
var insanı zindana
atar,
Bir sözün
hökmüylə məhv olar
şər də.
Könül sındıran
da tikanlı sözdü,
Söz yıxan
evləri düzəltmək çətin.
Düzün boy-buxunu
əzəldən düzdü,
Əyrini düzəldib
düz etmək çətin.
Sənə söz
deməyim düz olmaz, gülüm,
Söhbət də
sənindi,
söz də sənindi.
Əhd- peyman heç
vədə pozulmaz, gülüm,
Çox şükür, düz
yolla gedirik indi.
Yarın kefini
də yaxşı söz
açar,
Cəhd edib
ayaqlaş bu həyatla
sən.
Yöndəmsiz sözlərdən
söz özü qaçar,
Sözünü cilala
ləyaqətlə sən.
Sözün tutarlı,
yerbəyerində olması, mənası, məzmunlu deyilişi,
qəlbə yatması böyük
səriştə tələb edir. Söz
baldan şirindir, zəhərdən acı, söz
qılıncdan itidir. «Qılınc yarası
sağalar,
söz yarası sağalmaz,
ilbəil qövr edər»,- deyib
aqillərimiz.
Söz dünyanın tacı
olan qızıl-gümüş, ləl-gövhər yataqıdır,
onu tapıb üzə
çıxarmaq,
xalqa bəxş etmək
qüdrətli qələm sahiblərinin
işidir.
Qızılın sərrafı zərgər, mərcanın
sərrafı qəvvas, sözün sərrafı
şairdir.
İlahi sözləri
tapıb nizama düzmək
çox da asan
deyil.
Bütün gözəllərdən gözəldir
söz.
Sinələri bəzəyən, çöhrələrə təbəssüm
bəxş edən dəyərli,
qiymətsiz daş-qaşdır, söz.
Böyük Fizuli demişkən: Xəlqə ağzın sirrini
hər dəm qılır
izhar söz,
Bu nə
sirdir kim, olur hər
ləhzə yoxdan var
söz.
Olmayan qəvvasi-bəhri-mərifət
arif deyil
Kim, sədəf tərkibi-təndir, lölöi-şəhvar
söz.
Xoş məramlı
söz var, bəd məramlı
söz var, doğru söz
var,
yalan söz var. Ulularımız
həmişə insanlara düz
danışmağı tövsiyə edib.
Yalan kəlmə
desən dilim,
Doğranasan dilim-dilim.
Dədə Ələsgər: Doğru
söylə,
sözün çıxmasın qələt.
El deyimində: Hoha
var dağa qaldırar,
Hoha var
dağdan endirər,
Biz dağın ucalığını
ətəyindən tutmuş başına
qədər süzürük.
Səməd Vurğun: Binələri çadır-çadır,
Çox gəzmişəm
özüm,
dağlar.
Qüdrətini sizdən
aldı
Mənim şerim, sözüm
dağlar.
Ələsgər: - Dağın ədalətindən,
hamıya eyni gözlə
baxmağından söz açır.
Yoxsulu, ərbabı, şahı, gədanı,
Tutmaz bir-birindən
aralı dağlar.
Sözlə dağı dost
eləmək olar.
«Novruz və Qəndab»
dastanından:
Mənim sağlığıma
kim güman eylər,
Tubur boran
halım çox yaman
eylər.
Qarlı dağlar
gündə nahaq qan
eylər,
Yarı salar
məndən aralı dağlar.
Arzu muradına çatmış
aşıq dağların gözəl
çağlarını sözlə qiymətləndirir.
Yağır yağışların
qalxır dumanım,
Axır boz
bulanlıq sellərin, dağlar.
İndən belə
xoş səfalı çağındı,
Köçür, qonur, ağır ellərin,
dağlar.
Xəstə Qasım: Duman, gəl
get bu dağlardan,
Dağlar təzə
bar eyləsin.
Nə gözlərim
səni görsün,
Nə könlüm
qubar eyləsin.
Dərənin dərinliyinə heyranlıqla
baxıram.
Nəbi Xəzri: Dərələr, dərələr
Yaşıl-yaşıl dərələr.
Tər gülü-çiçəyi
dərib ətrini həvəslə
qoxlayırıq,
buz bulaqların həzin
zümzüməsinə canı-dildən qulaq
asırıq,
məcrasına sığmayan çayların
coşqunluğunu görürük, böyük cahanı
öz nuruna qərq
edən günəşə, aya, ulduzlara mənalı-mənalı
tamaşa edirik.
Lakin biz
dağın ucalığına, vüqarına, dərənin dərinliyinə,
vahiməsinə,
gülün,
çiçəyin zərifliyinə suyun
şəffaflığına,
şehin büllurluğuna, günəşin böyüklüyünə,
dənizin maviliyinə vurulmasaq,
o müqəddəsliyi duya
bilmərik.
Xoş məramlı
sözlər insanın ovqatını
yüksəldir.
Kimsənin qəlbinə
çalış toxunma,
Könül bulandırmaq
cəsarət deyil.
Qartal tək
həmişə ucalıq axtar,
Bayquşun niyəti
xoş niyət deyil.
Bəd xəbər
insanın əhval-ruhiyyəsini təlx
edir.
Abbas ağlar
zarı-zarı,
Getməz könlümün
qubarı.
İlqarından dönən
yarı,
Tanrı tez
bazar eyləsin.
Təbii
duyğular,
coşqun ilhamlar, ülvi sevgilər,
əhdi-peymanlar,
qeyri-adi
məhəbbət,
əyilməyən vüqar, mənalı gülüş, qeyrət, ülfət, nəciblik,
dözümlülük sözlə canlanır,
müqəddəslənir.
Təbiətə xor
baxanlara,
gözəlliyi məhv edənlərə
qarğış xarakterli söz
deyiblər bizdən əvvəlkilər:
Əlləri qurumuş
bədəsil xoryat,
Eləmi dərərlər
yaz bənövşəni?
Əyilməz vicdanın
böyük heykəli.
Kərəmin Alvaz
dağından gələn naləsi, Mənsumun
nakam məhəbbəti, Qəribin Vətən
həsrəti,
Zöhrənin Tahir intizarı,
Cəlalın yanıqlı laylası
sözlə xalqa çatdırılır.
Yar yolunda
aşiqin çəkdiyi əzab-əziyyət,
ölümlə üzləşməsi məqamında
belə insanların canını
alan Əzraildən inciməməsini
anasına sözlə çatdırır.
Əzrayılı qanlı
tutmasın anam.
Məni bir
kirpiyi peykan öldürür.
Məclis-mərəkədə
az danışmağı, dilin cilovunu
buraxmamağı tövsiyyə edib
aqillərimiz.
Böyük Nizami deyişməsindən:
Boş, mənasız sözlər
kimə gərəkdir,
Kim belə
sözləri dinləyəcəkdir?
Ustadlarımız məsləhət görüb ki:
Dindirəndə kəlmə-kəlmə
cavab ver
Görən desin
bərəkallah,
yaxşıdır.
Sözün sehri, sirri, möcüzəsi tükənməzdir.
Əvəz Mahmud Lələdağ
Комментарии
Отправить комментарий