Dayanmır
Dayanmır
Qəlbimin oduyla palıd yanırdı,
İndi ürəyimdə çırpı da yanmır.
Yandıq verə-verə gəlib yanımdan,
Gözəllər yan keçir,
qarı dayanmır.
Qocalıq gəncliyi əvəz eylədi,
Məhəbbət gölünü dayaz eylədi.
Şəvə saçlarımı bəyaz eylədi,
Hələ də başımın qarı dayanmır.
Dağı dağ üstünə qoyardı canım,
Məni mərd öldürsə,
halaldır qanım.
Vətən həsrətiylə nə qədər yanım?
Əvəz, yatan bəxtin niyə oyanmır?
Комментарии
Отправить комментарий