Vuruldum


      Vuruldum

Ala gözlüm, qələm qaşlım sənə mən,
Bir könüldən, min könülə vuruldum.
Vəfalısan, halal olsun sən əmən,
Ay qabağa, siyah telə vuruldum.

Ürəyimdə yer vermərəm kinə mən,
buxağın dələmə, kimə ?
Qar sinəndə nar məməni kim əmə,
əndama, incə belə vuruldum.

Əvəz sənin gül bağından gül üzər,
Səndən başqa de, canımı kim üzər.
Tovuz kimi geyinmisən simuzər,
Bal dodağa, şirin dilə vuruldum.


Комментарии

Популярные сообщения из этого блога

SƏN MƏNİ SEVMƏDİN MƏN SƏNİ SEVDİM KITABINDAN ŞEİRLƏR

Sumqayıt haqqında şeirlər

«Vağzalı»nı bir də çal