Sözün sehri
Sözün
sehri
Sözdə hünərə bax, cəsarətə
bax,
Məhəbbət qalası alınır
sözlə!
Sevdiyin o şikar ahu olsa
da,
Tutulub qəfəsə salınır
sözlə.
Dodaqdan süzülən bal kimidi
söz,
Eşqin qıfılı da sözlə
açılar.
Haqqa doğru gedən yol
kimidi söz,
Haqdan haqq yoluna şəfəq
saçılar.
Söz var deyiləndə qəlbinə
yatar,
Söz də var məlhəmdir
çarəsiz dərdə.
Söz də var insanı zindana
atar,
Bir sözün hökmüylə məhv
olar şər də.
Könül sındıran da tikanlı
sözdü,
Söz yıxan evləri düzəltmək
çətin.
Düzün boy-buxunu əzəldən
düzdü,
Əyrini düzəldib düz etmək
çətin.
Sənə söz demədim düz olmaz,
gülüm,
Söhbət də sənindi, söz də
sənindi.
Əhd-peyman heç vədə
pozulmaz, gülüm,
Çox şükür, düz yolla
gedirik indi.
Yarın kefini də yaxşı söz
açar,
Cəhd edib ayaqlaş bu
həyatla sən.
Yöndəmsiz sözlərdən söz özü
qaçar,
Sözünü cilala ləyaqətlə
sən.
Sözün
tutarlı, yerbəyerində olması, mənası, məzmunlu deyilişi, qəlbə yatması böyük
səriştə tələb edir. Söz baldan şirindir, zəhərdən acı, söz qılıncdan itidir.
“qılınc yarası sağalar, söz yarası sağalmaz, ilbəil qövr edər”,- deyib
aqillərimiz. Söz dünyanın tacı olan qızıl-gümüş, ləl-gövhər yataqıdır, onu
tapıb üzə çıxarmaq, xalqa bəxş etmək qüdrətli qələm sahiblərinin işidir.
Qızılın sərrafl zərgər, mərcanın sərrafı qəvvas, sözün sərrafı şairdir.
Ilahı sözlər tapıb
nizama düzmək çox da asan deyil. Bütün gözəllərdən gözəldir söz. Sinələri
bəzəyən, çöhrələrə təbəssüm bəxş edən dəyərli, qiymətsiz daş-qaşdır, söz.
Böyük
Fizuli demişkən: Xəlqə ağzın
sirrini hər dəm qılır izhar söz,
Bu nə
sirdir kim, olur hər ləhzə yoxdan var söz.
Olmayan qəvvası-bəhri-mərifət arif deyil
Kim, sədəf tərkibi-təndir, lölöi-şəvvar söz.
Xoş məramlı söz var, bəd məramlı söz var, doğru söz var, yalan
söz var. Ulularımız həmişə insanlara düz danışmağı tövsiyə edib.
Yalan kəlmə desən dilim,
Doğranasan dilim-dilim.
Dədə
Ələsgər: Doğru söylə, sözün çıxmasın
qələt.
El
deyimində: Hoha var dağa qaldırar,
Hoha
var dağdan endirər.
Biz dağın ucalığını
ətəyindən tutmuş başına qədər süzülür.
Səməd
Vurğun: Binələri
çadır-çadır,
Çox gəzmişəm
özüm, dağlar.
Qüdrətini sizdən
aldı
Mənim şerim,
sözüm dağlar.
Ələsgər:-
Dağın
ədalətindən, hamıya eyni gözlə baxmağından söz açır.
Yoxsulu,
ərbabı, şahı, gədanı,
Tutmaz bir-birindən
aralı dağlar.
Sözlə dağı dost eləmək
olar.
“Novruz
və Qəndab” dastanından:
Mənim sağlığıma kim güman
eylər,
Tubur boran halım çox yaman
eylər.
Qarlı dağlar gündə nahaq
qan eylər,
Yarı salar məndən aralı
dağlar.
Arzu-muradına çatmış aşıq
dağların gözəl çağlarını sözlə qiymətləndirir.
Yağır yağışların qalxır
dumanın,
Axır boz bulanıq sellərin,
dağlar.
Indən belə xoş səfalı
çağındı,
Köçür, qonur, ağır ellərin,
dağlar.
Xəstə
Qasım: Duman, gəl
get bu dağlardan,
Dağlar təzə bar eyləsin.
Nə gözlərim səni görsün,
Nə könlüm qubar eyləsin.
Dərənin dərinliyinə
heyranləqla baxıram.
Nəbi
Xəzri: Dərələr,
dərələr
Yaşıl-yaşıl dərələr.
Tər gülü-çiçəyi dərib ətrini həvəslə qoxlayırıq, buz
bulaqların həzin zümzüməsinə canı-dildən qulaq asırıq, məcrasına sığmayan
çayların coşğunluğunu görürük, böyük cahanı öz nuruna qərq edən günəşə, aya,
ulduzlara mənalı-mənalı tamaşa edirik.
Lakin biz dağın ucalığına, vüqarına, dərənin dərinliyinə,
vahiməsinə, gülün, çiçəyin zərifliyinə suyun şəffaflığına, şehin büllurluğuna,
günəşin böyüklüyünə, dənizin maviliyinə vurulmasaq, o müqəddəsliyi duya
bilmərik.
Xoş məramlı sözlər insanın ovqatını yüksəldir.
Kimsənin qəlbinə çalış
toxunma,
Könül bulandırmaq cəsarət
deyil.
Qartal tək həmişə ucalıq
axtar,
Bayquşun niyəti xoş niyət
deyil.
Bəd xəbər insanın əhval-ruhiyyəsini təlx edir.
Abbas ağla zarı-zarı,
Getməz könlümün qubarı.
Ilqarından dönən yarı,
Tanrı tez bazar eyləsin.
Təbii
duyğular, coşqun ilhamlar, ülbi sevgilər, əhdi-peymanlar, qeyri-adi məhəbbət,
əyilməyən vüqarı, mənalı gülüş, qeyrət, ülfət, nəciblik, dözümlülük sözlə
canlanır, müqəddəslənir.
Təbiətə xor
baxanlara, gözəlliyi məhv edənlərə qarğış xarakterli söz deyiblər bizdən
əvvəlkilər:
Əlləri qurumuş bədəsil
xoryat,
Eləmi dərərlər yaz
bənövşəni?
Əyilməz vicdanım böyük heykəli.
Kərəmin Alvaz
dağından gələn naləsi, Mənsumun nakam məhəbbəti, Qəribin Vətən həsrəti,
Zöhrənin Tahir intizarı, Cəlalın yanıqlı laylası sözlə xalqa çatdırılır.
Yar yolunda
aşiqin çəkdiyi əzab-əziyyət, ölümlə üzləşməsi məqamında belə insanların canını
alan əzraildən inciməməsini anasına sözlə çatdırır.
Əzrayılı qanlı tutmasın
anam.
Məni bir kirpiyi peykan
öldürür.
Məclis-mərəkədə
az danışmağı, dilin cilovunu buraxmamağı tövsiyyə edib aqillərimiz.
Böyük Nizami deyişməsindən:
Boş, mənasız sözlər kimə
gərəkdir,
Kim belə sözləri
dinləyəcəkdir?
Ustadlarımız məsləhət görüb
ki:
Dindirəndə kəlmə-kəlmə
cavab ver
Görən desin bərəkallah,
yaxşıdır.
“Sözün-sehri” mətbu orqanın işıq üzü görməsini alqışlayır və uğurlar
diləyirəm.
Комментарии
Отправить комментарий