Müqəddəs ocaq.
Müqəddəs ocaq.
Kömək
elə, Pərvərdigar,
Ürəyimdə
bir arzu var.
Daşa
dönəm, kola dönəm,
Öz
elimin qucağında.
Bircə
ovuc külə dönəm,
Mirismayıl
ocağında!...
İçimi
göynətdi bu qəfil xəbər,
Qıvrılıb
açıldım səhərə qədər.
Hicran
yanğısına dözdüm bir təhər,
Elin
ağsaqqalı yurdundan köçdü.
Gör
neçə obanın çırağı keçdi.
Biz
kimik Ya Rabbim, fərman sənindi,
Dərdə
şəfa verən dərman sənindi.
Bu
Yer də, bu Göy də, hər yan sənindi,
Sənin
əlindədir ömrün sükanı,
Əcəldən
canının qurtaran hanı?
Miriş
bələdçiydi gənc nəsillərə,
Miriş
bal qatardı acı dillərə.
Böyük
itgi oldu bizim ellərə.
Onun
yoxluğunu duyur hər adam.
Hanı
elə igid, qoçaq, nər adam?
Dahilər,
alimlər köçüb gediblər,
Əcəl
şərbətini içib gediblər.
Şahlar
taclarından keçib gediblər,
Vaxt
olub bu yerdə qan çıxıb dizə,
Yağılar
göz dikib sərvətimizə.
Hamı
gəldi-gedər, hamı qonaqdı,
Yaşamaq
da haqdı, ölmək də haqdı.
Əbədi
yerimiz ana torpqadı,
Qaraldı
Mirişin ömrünün şamı,
Onu
yad eyləyir hər yerdə hamı.
Bir
ovuç torpağam sonda, bilirəm,
Çıxacaq
canımdan can da, bilirəm,
Donacaq
damarda qan da, bilirəm,
Bu
çətin yolların bizik yolçusu.
Yola
susuz çıxsa, tapmaz yolçusu.
Yaxından,
uzaqdan cümə axşamı,
Onun
ocağına gələrdi hamı.
Hərə
yandırardı bir ümid şamı,
Nur-nura
qarışıb alovlanardı,
Ağrılar,
acılar orda qalardı.
Qüdrətdən
yaranıb müqəddəs ocaq,
Bu
dünya durduqca, o da duracaq.
Bizim
qəlbimizdə Miriş qalacaq,
O,
nurdan yaranıb məşəli sönməz,
Ruhu
göylərdədi, göylərdən enməz.
Zəhərli
ilan da ocağa gəlir,
Qeyri
müsəlman da ocağa gəlir.
Ən
vəhşi heyvan da ocağa gəlir,
Yüz
ildi sınanıb inanc yeridir,
Ən
müşkül dərdlərin-əlac yeridir.
Mərhəmət,
ədalət qanında idi,
Dərdə
şərik çıxmaq canında idi.
Ürəyi
Allahın yanında idi.
Dua
oxuyardı yatana kimi,
Mələklər
olardı onun həkimi.
Onun
da taleyi belə gətirdi,
Doğma
yerlərini bir-bir itirdi.
Yadlar
gülşənində tikan bitirdi,
Tikanlı
ayaqla yerimək çətin,
Tikan
bəlasıdır bəşəriyyətin.
Ağzına
almazdı tənəli sözü,
Hər
şeyi səhmana salardı özü.
O ulu
ocağın alovu, közü,
Qaranlıq
aləmə şölə saçardı.
Arzular,
diləklər çiçək açardı.
Əridi,
tükəndi qəlbinin şamı,
Qaldı
gözlərində həvəsi, kamı.
Özünü
yetirdi “Məşəraxşamı”,
Neyləyək,
qürbətdə düşdük əngələ,
Hər
gecəm uzanır dönür bir ilə.
Dərd
bilən həmdəmim, yoldaşım yoxdur,
Ahımdan
savayı sirdaşım yoxdur.
Başıma
salmağa öz daşım yoxdur,
Ölmürəm
əzabdan qurtara canım,
Elə
ömür boyu sızlayım, yanım?
Çıxara
bilmirəm fikri başımdan,
Yeyib
məst olmuşam qüssə aşından.
Mən
də ayrılmışam can sirdaşımdan,
Yolum
dağa düşür, arana düşür,
Könlümün
baharı borana düşür.
Ya
Rəbbim, qəlbimi sevinclə bəzə,
Nadanlar,
naşılar düşməsin izə.
Əzəldən
verilir bir ömür bizə,
Söz
açan deyiləm ömürdən daha,
Əlimdə
nə var ki, pənah Allaha.
Qərib-qürbət
eldə bəlaya düşdük,
Namərdər
qurduğu bəlaya düşdük.
Yüz
dəfə fitnəyə, kələyə düşdük
Bir
həftə keçməyib ölgün olmuşam,
Yüz
ildi Vətəndən sürgün olmuşam.
Sonsuz
arzuları hoşa illişdi,
Çiçəkli
Baharı qışa ilişdi.
Ox
atdı, oxları daşa ilişdi.
Ayrılıq
xal saldı xəstə ürəyə,
Bir
kimsə gəlmədi bizə köməyə.
Qəmdən
baş götürüb atımı çapdım,
Günəşin
əlindən alovu qapdım.
Sevinc
axtarırdım, kədəri tapdım,
Dağ
boyda dağlarla durdum üz-üzə,
Getdi
Seyid Miriş gedər gəlməzə.
Gəzdiyim
gülşəndə səfa görmədim,
Bir
dostda, sirdaşa vəfa görmədim.
Loğmanın
əlində şəfa görmədim,
Üzümə
gülmədi açılan səhər,
Yediyim
zəqqumdu, içdiyim zəhər.
Durnalar
o yerdən ötməzlər daha,
Ümidim,
gümanım qalıb Allaha.
Bu
günün işini qoyma sabaha,
Leyləklər
bilmədən oraya düşüb,
Bülbül
güldən küsüb, gülşəndən küsüb.
Ya
Rabbim, bu dərdin varmı davası?
Görən
yerimdəmi Urudqalası?
Bildirçinin,
sığırçının balası,
Qorxa-qorxa
bağırdalaq olubdu,
Qızıl
gülün gül yanagı solubdu.
Zorzorun
zor suyu yadımdan çıxmır,
Onun
sərinliyi qəlbimə axmır.
Namərdin,
nakəsin üzünə baxmır,
Nadanlar
çox gördü o suyu bizə,
Hələ
də ələnir qəm üstümüzə.
Hanı
ala qanqal, şirin baldırğan,
Qıjının,
yarpızın olub bağrı qan.
Gəlmir
Halaypozan, o Topdağıdan.
Harda
gizləniblər, çıxmırlar üzə.
Qayıda
bilmirik öz elimizə.
Nehrə
baldırğana qatıq yığardıq,
Boz
daşın üstünə yandan çıxardıq.
Zümzüməylə
axan çaya baxardıq,
O
yerlər beynimdə xəyala döndü,
Gərdişin
təkəri geriyə çöndü.
Minəm
yel qanadlı köhlən belinə,
Sürəni
bağ-bağatlı urud elinə.
Əlim
dəyə İstisuyun əlinə,
Mirismayıl
ağa, söndü çırağın,
Sağalmaz
heç vədə çal-çarpaz dağın.
Bəlkə
qan ağlayır torpağın orda,
Bəlkə
narahatsan yatdığın gorda?
İlanlar
sürünür kimsəsiz yurda,
Barmaqdan
tikanı iynə çıxardar,
Bir
yandan bağlıyan, bir yandan açar.
Dağda
sürünəndə şehli duman, çən,
İsti
yatağından durardı erkən.
Boylanıb
deyərdi:-hardasan, Vətən?
İlahi,
yox eylə həyəcanımı,
Can
sənə qurbandı, gəl al canımı.
Yayda
yaylaqdaydı, qışda oylaqda,
Namaza
durardı kəllə otaqda.
Bir
əli möhürdə, bir əli haqda,
Şəfa
diləyərdi Allahdan bizə,
Əyri
qalib gəlməz deyərdi:-düzə.
Dayandı
qapıda onun həkimi,
Qoymadı
yanına keçə heç kimi.
Hələ
qurumamış gözümün nəmi,
Baxdım
fağır-fağır baxan nərgizə,
Getdi
Seyid Miriş gedərgəlməzə.
Yuxum
ərşə çıxır hər gecə indi,
Yaxınlar
yanırlar gör necə indi.
Yurddan
ayrıldığını bir neçə ildir.
Heyif!Məzarlarda
çürüyən cana,
Düşdü
çoxları tək o da zindana.
Boyalı
şəkili necə gözəldir,
İnsanın
əlləri nələr düzəldir?
Onun
ayrılığı sanki yüz ildir,
Getdi,
bu dünyaya yenidən gəlməz,
Biz
onu görsək də, o bizi görməz.
Qaya
axtarıram hər daşı almaz,
Dolmuş
ürəyimi boşaldam bir az.
Paxıl
el içində heç vaxt ucalmaz,
Ya
Rabbim, könlümü sevinclə bəzə,
Bülbüllər
düşməsin bağlı qəfəsə.
Bilmirəm
neçədir mübarək yaşın,
Yaşaya-yaşaya
sabahı düşün.
Can
alan Mələyə düşəndə işin,
Gərək
can verəsən başqa cür olmaz,
O
səndən pul almaz, var-dövlət almaz.
Özünü
zəhmətə salma havayı,
Böyük
fatehlərin tutulub vayı.
Allaha
borcun var, candan savayı?
Axırda
qismətin beş ərşin ağdır,
Cəsədin
beşiyi qara torpaqdır.
Paxıllıq
almasın qəlbini ələ,
Gedərgi
qonağam, darıxma hələ.
Sənin
də canına düşər vəlvələ,
Bir
gün itirərsən dostu, sirdaşı,
Bilki
torpaq olur şahların başı.
Unuda
bilmirəm o gündən bəri,
Göylərə
uzanan ahlı əlləri.
Döndərmək
olarmı ötən illəri?
Ay
keçdi, il getdi bir də qayıtmaz,
Xain
can alsa da arzuya çatmaz.
Gözümün
qorası dönübdür çaya,
Sığmıram
çilçıraq yanan saraya.
Nə
haya gələn var, nə də haraya.
Hələ
də tapılmır evin oğrusu.
Qiymətdən
düşübdür sözün doğrusu.
Ağrını,
acını mən duya-duya,
Gecə
qarıyanda getdim yuxuya.
Namərdin
gözünü paslı ox oya,
Allahım,
dəhşətdən yarıldı bağrım,
Səngimək
bilməyir sızıltım, ağrım.
Ölümdən
qorxmuram bir cana görə,
Məni
gözləməsin Ağdüz, Ağdərə.
Can
üstə olsam da, can verə-verə,
Dərdimi
deyəcəm şair-Əvəzə,
Nivə
bu fəlakət üz verdi bizə?
Məni
üzür bu qəm-kədər,
Ağlayıram
axşam-səhər.
Zəhmətimiz
oldu hədər,
El-obanın
dərd-sərinə,
Kim
yanacaq Miriş qədər?
Hər
məclisdə, hər görüşdə,
Xeyr
işdə, həm şər işdə.
Kimdə
olar o səriştə,
Ölüm
haqdır, gələn gedər.
El-obanın
dərd-ərinə,
Kim
yanacaq Miriş qədər?
Mənə
hər vaxt şər atdılar,
Ürəyimi
qanatdılar.
Piyadalar,
ay atlılar,
Boğur
məni bu bəd xəbər,
El-obanın
dərd-sərinə,
Kim
yanacaq Miriş qədər?
Onda
böyük səbir vardır,
Bizi
dərddən qurtarardı.
Tikan
üstə oturardı,
Bir
kimsəyə dəysə zərər.
El-obanın
dərd-sərinə,
Kim
yancaq Miriş qədər?
Allah,
bizi şərdən qoru,
Əziyyətli
gordan qoru.
Aydan
arı, sudan duru.
Olsa
belə bu kənd, şəhər.
El-obanın
dərd-sərinə,
Kim
yanacaq Miriş qədər.
Həsrət
qaldı o dağlara,
O
pirlərə, ocaqlara.
Durna
gözlu bulaqlara,
Nələr
olub bilməm, nələr.
El-obanın
dərd-sərinə,
Kim
yanacaq Miriş qədər?
Yol
gözləyir “Kümbəz” hələ,
Açılmadı
bu sərt tələ.
Yurddan-yurda,
eldən-elə,
Gedə
bilmir bircə nəfər,
El-obanın
dərd-sərinə,
Kim
yanacaq Miriş qədər?
Yaddan
çıxmır Qəzibağı,
Səfalıdır
Çayqırağı.
İstisuyu,
o torpağı,
Bürüyübdür
qüssə-kədər,
El-obanın
dərd-sərinə,
Kim
yanacaq Miriş qədər?
Bədirli
ay doğmur orda.
Gəncəli
bağ qalıb darda.
At
oynadır indi sar da,
Hava
zəhər, torpaq zəhər.
El-obanın
dərd-sərinə,
Kim
yanacaq Miriş qədər?
Комментарии
Отправить комментарий