Muğam ana laylasıdır.
Muğam ana laylasıdır.
Bu gün Azərbaycanda populyar müğənni olmaq
çox asandır.
Bir az maddi cəhətdən imkanın olsun,
get səsyazma
studiyalarına,
pul «cır» bir-iki mahnı yazdır. Sonra
televizyaya yol tap. Asanca ağzını tərpəd, nə boğazın ağrısın, nə də boyun
damarların
yoğunlasın. Ol məhşur müğənni. Bir
neçə
belə
reklam elətdir,
bir də
görəcəksən ki, tamaşaçılar sənin «köntöy» mahnını həzm edib.
Bundan sonra başına
«qızıl al» gəz, toy edənlər «növbənə» duracaqlar...
Mənə elə gəlir ki, milli musiqimizi hərraca
qoymaq, nəyəsə qurban
vermək,
ucuzlaşdırmaq bağışlanmayan
günahdır.
Musiqi mədəniyyətimizdə məni hədsiz narahat edən cəhətlərdən biri və ən təsirlisi «muğam dəsgahına» biganəlik idi. Şükürlər olsun ki,
bu sahədə iş görülür,
addımlar
atılır. Biganəliyə son
qoyulacaq gün uzaqda deyil.
Musiqi mədəniyyətimizdə xalq mahnılarımız və muğamlarımız qədim köklərə bağlıdır. C.Qaryağdı oğlu, Seyid Şuşinski, Xan Şuşinski,
Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Ağabala
Abdullayev, Əlövsət Sadıqov, Yaqub
Məmmədov Sabir
Mirzəyev,
Şövkət Ələkbərova, Sara
Qədimova,
Fatma Mehralıyeva,
Rübabə
Muradova, Gülxar Həsənova kimi
yüzlərlə muğamatımızı cilalayıb yaşadan
insanları
görmüşük,
onların
səslərinin
sehrinə
düşmüşük, cazibəsinə vurğun olmuşuq.
Yadımdadır! Sabir
Mirzəyevin
zəngulələrini sayırdıq. 22 dəfə zəngulə vurduğunu
qulaqlarımla
eşitmişəm.
Necə oldu ki, biz mənəvi dəyərlərimizdən Seyd Əzizim, Əli-Ağa Vahid,
Seyid Mir Mehdi və
başqalarının qəzəllərindən yan keçib
bir neçə
yüngül mahnılar
oxumaqla toylarımızı ötüşdürürük.
Ona görə
də
«Space» telekanalının təşəbbüs qaldırması, gənclər arasında muğam müsabiqəsi keçirilməsi mənim və bütün muğam sevərlərin ürəyincə oldu.
Sumqayıtda S.Vurğun adına Mədəniyyət sarayında təşkil edilmiş muğam axşamı Sumqayıt dinləyicilərinin yaddaşından silinməyəcək. İnsan gərək musiqidən zövq alsın ancaq
etiraf edirəm
ki, mən
toylarda zövq almaq əvəzinə iyrənirəm. Səs-küy o qədər güclü
olur ki, başımı götürüb
qaçmaq istəyirəm. İndi səsi olan da,
olmayan da mikrafonu alır
əlinə başlayır «oxumağa». Mən hələ necə oxuması, nə oxuması barədə demirəm. Axı oxumaq da
çalmaq da incəsənətə daxildir. İndi biz incəsənəti kobud sənətə çevirməklə nə qazanırıq?
Mənim şahidi olduğum elə adamlar
var ki, onlar heç bir musiqi məktəbi görməmişdilər. Ancaq
Allah onlara məlahətli səs, zəngulə etməyə boğaz vermişdir.
Oxuyanda adamın
ağlı başından çıxırdı. İndi aləm başqadır. Qardaş, gəl səsi olmayan
zorla çığıran
adamları,
gəncləri başa salaq,
musiqimizə
zərər
vuranlarla ciddi danışaq,
onları
yalnış
yoldan qaytaraq. Mənə belə gəlir ki muğam müsabiqəsi musiqi mədəniyyətimizin həyatında yeni
eradır,
başlanğıcıdır, oyanışıdır, özümüzə qayıdışdı, hadisədir.
Bu qiymətsiz dəyərli təşəbbüs çoxlarına «çıx səhnədən» komandasını verəcək. Bir növ attestasiya
rolunu oynayacaq. Deyəcəklər; -Buyur
bu meydan, bu da sən,
göstər
məharətini. Onda
bizim də
«Qız yaxasın düymələsin,
Düymələyir düymələsin,
Düymələmir özü
bilsin.»
Məntiqsiz, mənasız, bir-birinə zidd fikirlərdən yöndəmsiz mahnılardan canımız qurtaracaq.
Dünya xalqlarının ədəbiyyatına, mədəniyyətinə, adət-ənənəsinə bələd olana onu mənimsəyənə dilini bilənə, musiqisini öyrənənlərə əhsən deyirəm. Mən çox dil bilməyin tərəfdarıyam, başqa xalqların mədəniyyətinə, musiqisinə yiyələnənlərin hərəkətinə yaxşı hal kimi baxıram.
Ancaq müdrik kəlamlarda deyildiyi kimi. «Əvvəl Məscidin içi,
sonra çölü». Hər
kəs
gərək öz ana
dilini, dərindən mükəmməl bilsin, o
dilin şirinliyini
duysun, milli mənəvi dəyərlərimizi,
milli mənəviyyatımızı, milli adət-ənənələrimizi,
milli musiqimizi, milli geyimlərimizi
göz bəbəyi kimi
qorusun.
Yad
musiqiləri
maşınların
maqintafonlarında
uca səslə oxutmaq,
bir kəlməsini də başa düşməmək kimə lazımdır? Aqillər yaxşı deyib;
— Bir şəxsin ki, milli qüruru, milli mənliyi, milli mənəviyyatı olmasa, o şəxsi o millətə şamil etmək olmaz. Hər kim öz milli mənəviyyatın, milli dəyərini, milli adət-ənənəsini, milli musiqisini, milli geyimini qoruya
bilmirsə millət ona arxa çevirib ürək qızdıra bilməz.
Yadıma bir əhvalat düşdü.
1967-ci ildə rayonda bir dostum ilə gəzirdim. Bir
«sisterka» maşının sürücüsü
maşının qabaq şüşəsinə içəri tərəfdən stalinin
atası
ilə
çəkdirdiyi
fotoşəkili
vurmuşdu.
Bir erməni
o fotoşəkili
oradan götürdü. Bir azdan sürücü gəldi,
fotoşəkili
yerində
görmədi
başladı ağzına gələni danışmağa. Erməni sürücüyə yaxınlaşdı.
—
Şəkli
mən
çıxartmışam. Ara,
Stalin sənin
nəyindi?
Ara, şəkil
vuransan öz adamlarımızın şəklin vur
eli, Nizamini, Fizulini, Babəki
gəzdir
eli. Ara, Stalin sənə nə verib?
İndi qardaş, bizim
milli musiqimizin karifeyləri
var. Onların
səslərinə qulaq
asmaq niyə
xoşumuza
gəlməməlidir?
Bizim milli əxlaqımızdan qopub gələn qəzəllərimizi
oxuyan xanəndələri niyə əziz
tutmayaq? Axı
onlar bizim mədəni və mənəvi sərvətlərimizdir. Mənə elə ki, sənətkar oxuduğu mahnıların mətninə də fikir verməlidir.Gəlin bir
mahnının içərisində sətir altı gedən məzmuna diqqət edək.
«Nənəm ,nənəm, nənəm
Ay mənim Fatma nənəm.
Nənəm oy nənəm oy nənəm.»
Burada yas mərasimlərində ağı deyən bir qadının yanğısı eşidilir.Bizim
klassik gözəl
ürəyə yatan xalq
mahnılarımız var. «Sarı gəlin»,
«Apardı
sellər
Saranı»,
«Süsən
sünbül», «Çal papaq», «Camış
bağa
girdi gəl»,
«Sudan gələn sürməli qız», «Aman nənə», «Sona
bülbüllər»
və
s. Niyə
bu gözəl
mahnılar
arxivlərə atılmalıdır? O qədər mürgü
vuracayıq
ki, gözümüzü açanda görəcəyik ki, başqa millətlər bu mahnıları saxta
yolla «özəlləşdiriblər» muğam oxumaq
istəyən müğənnidə dözüm, səbr olmalıdır.
Mən bir muğam sevən adam kimi
təşəbbüsü
alqışlayıram.
Münsiflər
heyyətinin
üzvlərinə; -Arif
Babayevə,
Ramiz Quliyevə,
Ramiz Zöhrabova, Səkinə
Quliyevaya, Həkim
Qəniyə, Nadir
Axundova minnətdarlıq edirəm. Bu gözəl işdə, faydalı müsabiqədə paklığı, təmizliyi,
ülviliyi həmişə qoruyub
saxlamalarını arzulayıram. Muğam oxuyan ləyaqətli oğul və qızlarımıza; Babəkə, Vəfaya, İlkinə, Zülfiyəyə, Aytənə, Pərvaza,Təyyara,
Elnura, Qoçağa
sənət uğurları diləyirəm. Milli muğamata dəstək verdiyi
üçün xalqımızın birinci
xanımı Millət vəkili
Mehriban xanıma
təşəkkür
edirəm.
«Space» telekanalın
rəhbərliyinə minnətdarlığımı bildirirəm.
Əvəz
Mahmud Lələdağ.
Комментарии
Отправить комментарий