Dağlar
Dağlar
Xəzan yeli divan tutub gülünə,
Çatıbdı ömürün qışına dağlar.
Qoca babam kimi, qarı nənəm tək,
Çəkib yorğanını başına dağlar.
Bu nə qovhaqovdu,bu nə haraydı,
Yadlar saydığını fələk də saydı.
Bir dəfə mənə də qismət olaydı,
Gəlib dolanaydım
başına,dağlar.
Səngimir elimin, obamın yası,
Dağılıb nənəmin nağıl dünyası.
Namərdin, nakəsin, şərin davası,
Yüklənib obadan daşına, dağlar.
Yaylaq nəfəs ala, dərindən nəfəs,
Öz doğma yurduna yollana hər kəs.
Qoynunda saz tutub söz qoşa Əvəz,
Sonra yamaq ola daşına, dağlar.
Комментарии
Отправить комментарий