Qanun qarşısında hamı bərabərdir
Qanun qarşısında
hamı
bərabərdir
Azərbaycan sivil,
demokratik, dinamik inkişaf
edən dünyəvi dövlətdir. Azərbaycanın məktəbləri də
dünyəvi məktəblərdir. Dünyəvi məktəblərdə
təhsil alan hər
bir uşağın valideyni
övladlarının sağlam böyüməsində
məsuliyyət daşıdığı kimi,
dövlət də
məsuliyyət daşıyır.
Valideynin də,
dövlətin də
bir amalı var: Sağlam, bilikli,
elmli, geniş dünyagörüşlü, tərbiyəli, ağıllı, kamallı, əməksevər, vətənpərvər şəxsiyyət formalaşdırmaq,
layiqli vətəndaş yetişdirmək.
Dövlət bizə
hər şeyi təmənnasız edir.
Gələcək nəslin sağlam böyüməsi üçün
normal şərait, dərsliklərin pulsuz paylanması, imkansız ailələrə
yardım, İKT-dən istifadə
imkanları, internetə
çıxış və
s.
Məktəblər arasında sağlam rəqabət yaratmaq üçün
«Ən
yaxşı müəllim», «Ən yaxşı ümumtəhsil məktəbi» müsabiqələri barədə
cənab prezident İlham Əliyevin imzaladığı Sərəncam, istedadlı şagirdlərə
diqqət və
qayğı, onlara Prezident
təqaüdünün verilməsi məktəblərə,
məktəblilərə
dövlət qayğısının bariz nümunəsidir.
Lakin çox təəssüflər olsun ki, bəzi qara qüvvələrin gözü bu
sabitliyi, dinamik inkişafı
götürmür. Belə
qüvvələr son vaxtlar
qərəzli fikirlər irəli sürür,
süni problemlər yaradır,
müzakirə
mövzusu tapırlar.
Onlar hay-küy qoparırlar ki,
guya məktəblərdə
hicaba qadağa qoyurlar, demokratiyanı pozurlar. Gah Təhsil Nazirliyinin
qabağına yığılıb hay-küy qaldırır,
gah məktəb rəhbərlərinin vaxtını alır, gah da dövlət
rəsmilərinə
böhtan dolu məktublar ünvanlayırlar.
Bizi başqa millətlərdən fərqləndirən geyim formalarımız
var: Tuman, qofta, kürdü,
arxalıq, büzmə, nimtənə,
çəpkən, başlıq, üstünə
gümüş pul düzülmüş
gümüş kəmər, kalağayı, yaylıq, şal,
cuna, cıqqa qadın
geyimlərinə,
sırıqlı, pambıqlı,
çuxa, cürcənə,
gödəkcə,
arxalıq, buxara papaq
və
s. kişi
geyimlərinə
aid olub.
Qadın geyimlərinin çoxu mahnılarımızın
qanına hopub.
Məsələn, Aşıq
Ələsgər:
Bürünüb zülfünə
başının şalı,
Heyratı kalağay
şala yaraşır.
Yaraşır canana nazik
ağ cuna,
Gümüş kəmər qəddi-dala
yaraşır.
Mərnus dizlik geyib, çəpkəni atlas.
Mola Pənah Vaqif:
Ucu tər cıqqalı siyah tellərin,
Altından cunası hayıf ki yoxdur.
Xalq mahnısı:
Gəl məni çaydan keçir,
Ay qırmızı nimtənə.
Anamdan bir yaylıq aldım,
Heç bilmədim harda saldım.
Gözəl oğlan, ver yaylığı.
Dini inam və əqidəsini həmişə qoruyan, oruc tutub, namaz qılan xanım-xatın nənələrimiz hicabdan istifadə etməyiblər, o bizim millətə xas libas olmayıb. Milli geyim formalarımız teatr tamaşalarında, bədii filmlərdə geniş istifadə olunur və bəzi bölgələrdə hələ də qorunub saxlanılır. Təzə gəlin qayınata qarşısında yaşmanardı. Bu milli adətlərimizdən irəli gələn haldır.
Böyük Azərbaycan şairi Mirzə Şəfi Vazeh 170-il bundan əvvəl 1840-cı ildə Tiflisdə yaratdığı «Divani-hikmət» adlı ədəbi dərnəkdə oxuduğu şeirlər arasında qadın gözəlliyinə çirkinlik gətirən çadranın atılmasını tövsiyə etmişdir. O, çadranın, mövhumatın, xurafatın, fanatikliyin əleyhinə olduğunu öz şeirlərində göstərmişdir.
Tulla gəl çadranı,
görünsün üzün,
Gül də gizlədərmi de, bağda üzün.
Səni qadir Allah, ey incə çiçək,
Yaratmış dünyaya verməkçün bəzək.
Bu, bizim ölkədə 20-ci əsrin əvvəllərində Sevilin çadranı atması ilə nəticələndi.
Cəmiyyətin inkişafı, dünyaya inteqrasiyası geyim formalarının
dəyişməsinə səbəb olub. Hansı cəmiyyət olursa olsun, qəbul olunmuş qərara əsasən insanların peşələrinə uyğun geyim formaları mövcud olaraq qalıb. Əsgər forması, polis forması, şagird forması. İmperiya dövründə də şagirdlərimizin geyindiyi
məktəbli forma heç kimin yadından çıxmayıb. Lakin biz bu
gün müstəqil, dünyəvi dövlətik. Qərarları, qanunları heç kimlə məsləhətləşmədən özümüz qəbul edirik.
Mən yaradıcı adam kimi tez-tez əsgərlərlə görüşə gedirəm. Bütün hərbi hissələrdə qapısında «namazgah» yazılmış otaq görürəm. Hər kəs öz dini əqidəsinə görə azaddır. Lakin bu o demək deyil ki,
əsgər namaz qılandan sonra başına əmmamə, əyninə əba geyinsin və gəlib sırada dayansın. Bu gülünc hal olar.
Nə qədər ədəbiyyat oxumuşam, aşıq məclislərində olmuşam hicab haqda söhbət eşitməmişəm. Artıq iki ildir ki, Sumqayıt şəhər 25 №li məktəb də belə problemlərlə üzləşir. Mənə təəccüblü gələn odur ki, belə inad göstərən valideynlər savadsız
deyillər. Bir vaxtlar ateist tribunasından dinin əleyhinə odlu-alovlu çıxışlar edən, Quranda
haram buyrulanları halal kimi qəbul edən indi olub əsil müsəlman.
Uzadıb saqqalımı, həm alıram
dəstəmazı,
Açıram qənşərimə gündə üç yol cenamazı.
Qılıram sübh namazı, günorta, axşam namazı,
Qayıdıb haqq yoluna tərtəmiz insan olmuşam,
Vicdanı qəlbi təmiz, əsil müsəlman olmuşam. - deyir
Onun 7 yaşlı qızı H. H. hicabla gəlir məktəbə. Onunla nə qədər söhbət edilir, maarifləndirmə işi aparılır, inadından dönmür. «Qızımı məktəbə hicabla buraxsanız gələcək, buraxmasanız oturacaq evdə»-şərtini qoyur. Belə təsir altına düşən valideynlər hər şeyi öz maraqlarına qurban verməyə hazırdılar. Onlar özləri də etdikləri hərəkətin düzgün olmadığını bilirlər, lakin söz verdikləri qara qüvvələrin tələsindən çıxa bilmirlər. Belə adamların hərəkətləri dincliyi pozmaq, təhsil islahatına
mane olmaqdan başqa bir şey deyil. Heç bir məntiqə sığmayan, məktəblilər arasında pis nəzərlə baxılan hicab valideynlərin hansısa
qara qüvvələrin təsiri altına düşməsindən xəbər verir. Heç gör sözdü, 258 nəfər məktəbli qızın arasından bir nəfər 7 yaşlı H. H. məktəbə hicabla gəlsin. Sual
olunur: Bu körpə başını örtməklə kimdən gizlənir?
Digər valideynin məhkəməyə yazdığı şikayət ərizəsinə nəzər salaq. «Azərbaycan Respublikası
Təhsil haqda Qanunun» «Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri adlı
3-cü maddəsinə əsasən prinsiplərdən biri də humanistlik- milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquq və azadlıqlarının tolerantlıq və dözümlülük
prioritet kimi qəbul olunmasıdır».
Heç kim təhsil qanununun
əksinə getmir, insanın əqidə və inamı ilə əlaqədar fikirlərinə qarşı da çıxmır. Təhsil qanununun 14-cü maddəsinin 10-cu bəndini əsas götürərək məktəbdə vahid məktəbli formasının vacibliyini qərara almışıq.
Bu ona görə vacibdir ki, uşaqlar eyni formada görünsünlər və bir-birinə qibtə etməsinlər. Valideyn öz fikrinə zidd gedərək yazır: «Bu məktəbdə ümumi vahid forma müəyyənləşdirilib. Vahid forma müəyyən edilməsinin məqsədi uşaqların məktəbə arzu olunmaz geyimdə gəlməsinin, varlı-kasıbın fərqlənməsinin qarşısını almaq üçündür, heç də başqa məqsəd daşımır. Dövlətimizin bir
dənə də olsun məktəbə hicabla gəlməyin qadağan olunmasına aid nəinki qanunu,
heç şifahi göstərişi də yoxdur». Hörmətli valideyn
hüquqşunas olmasına baxmayaraq, yaddan çıxarır ki, ictimai fikir əsasında qəbul olunmuş qərarlar tək-tək fərdlərin arzusu ilə deyil, hamının
razılığı ilə qəbul edilir.
Təhsil tariximizə nəzər salaq:-Qori gimnaziyasında təhsil alan gimnazistlərin forması, H. Z. Tağıyevin açdığı qız məktəbində qızların forması, aşıqların öz forması, ta qədimdən əsgərin öz geyim forması, polisin öz geyim forması, məktəblinin öz forması olmuşdur. Valideyn inadkarlıq göstərir ki, «hicab haqda heç yerdə qadağa sözü
işlənməyib. Hicab taxmaq da qadının ayrılmaz hüququdur, Allahın
əmrinə itaətdir». Heç kim bu fikrin əleyhinə getmir. Əgər yaşı 18-dən yuxarı
olan qadından söhbət gedirsə, hicab onların
öz seçimidir. Lakin 7-8 yaşlı qızların hicab geyməsi qeyri-qanuni
hal kimi qiymətləndirilir.
Bütün müsəlmanların
müqəddəs kitabı «Qurani-Kərim»in «Ən-Nur» surəsinin 30-31-ci ayələrində deyilir:
«Ya Məhəmməd! Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan)
qorusunlar (və ya örtülü saxlasınlar)».
Mən başa düşə bilmirəm, baş nə vaxtdan ayıb yer hesab edilib. Əvvəla qadın 7 yaşlı qız deyil. Qadın artıq özü seçim edən vətəndaşdır. Bugünkü müzakirə mövzusu
azyaşlı məktəbli qızların hicab örtüb-örtməməsindəndir.
Ulu Peyğəmbərimiz Hz.Məhəmməd elm öyrənməyin, təhsil almağın tərəfdarı olub. O demişdir:
«Beşik evindən qəbir evinədək elm öyrən!
Elm Çində olsa arxasınca
düşüb gedin.
Altmış il ibadət etməkdənsə, bir saat elm öyrənmək daha faydalıdır.
Hər kəs həqiqəti özü müstəqil axtarıb
tapmalıdır.
Bütün mövhumat və xurafat
unudulmalıdır.
Bütün insanlar ümumbəşəri sülhün bərqərar olması uğrunda çalışmalıdırlar.
Bütün insanlar təhsil almalıdırlar.
»
Bizim inadkar valideynlər hicaba
sərf etdikləri vaxtı
övladlarının dərin bilik almalarına, elm öyrənmələrinə yönəltsələr daha yaxşı olar. Ağıl və kamalın çırağı elmdir.
Mənim yadımdadır, 1990-cı ildə Məhəmməd Xorasani adlı bir nəfər Sumqayıt şəhərinə gəlmişdir. O, 30-40 il iş stajı olan müəllimlərə hicab geymələrini tapşırırdı. İslam tarixi pərdəsi altında başqa sahəni təbliğ edirmiş. Sonradan o ifşa olundu. Həmin vaxt Məhəmməd Xorasani hicab örtənlərə 10 manat əmək haqqı da verirmiş. Bəlkə, bu gün inadkarlıq göstərib hicab
məsələsini ortaya atanlar o vaxtın tör-töküntüləridir. Azərbaycan Respublikasının Ali Qanunvericilik sənədi olan Konstitusiyamızın 18-ci maddəsinin 1-ci bəndində deyilir ki, din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Bu baxımdan da hamı qanunlara əməl etməli, başqalarının hüquq və azadlıqlarına
hörmət bəsləməli, qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirməlidir. Orta məktəblərdə hicaba qadağa qoyulmasını müzakirə mövzusuna çevirirlər, insanların hüquqlarının «tapdanması» cəhdi kimi dəyərləndirənlər məsələnin əsl mahiyyətini bir
kənara qoyub sadəcə olaraq ictimai fikri çaşdırmaq, Azərbaycanın
beynəlxalq aləmdə qazandığı demokratik, hüquqi, dünyəvi ölkə imicinə kölgə salmaqdan başqa bir şey deyil.
«Təhsil haqqında Qanun»a əsasən Azərbaycanda bütün məktəblilərin vahid formada məktəbə gəlmələri barədə qərar qəbul edilib. Ona görə də dini inanc və əqidəsindən asılı olmayaraq heç kimin ölkə qanunlarının tələblərini pozmağa haqqı yoxdur. Kimliyindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir.
Şagirdlər haqlı olaraq sual verirlər: Necə olur ki, bütün qızlar (şagirdlər) məktəbə qanunun tələb etdiyi vahid məktəbli formasında gəldiyi halda,
təsir altına düşən bəzi qızlar hicabla məktəbə gəlir, axı hamı qanun qarşısında bərabərdir!
Beləliklə, məktəblərdə təhsil alan azyaşlı qızların iradə və seçim hüquqlarına ciddi müdaxilə etmək yol verilməzdir. Hər kəs bilməlidir ki, dünyəvi dövlətin dünyəvi məktəbinin prinsiplərini pozmaq
vətəndaşın dövlət qarşısında
vəzifə borcunu yerinə yetirməmək deməkdir. Əgər dövlətin vətəndaş qarşısında məsuliyyəti varsa, vətəndaşın da dövlət qarşısında
vəzifələri var.
Hər iki tərəf-həm valideyn, həm də dövlət layiqli vətəndaş yetişdirib cəmiyyətə təqdim etməlidir. Öz
kiçik yaşlı qızlarını hicab geyinməyə məcbur edən bəzi valideynlər yaxşı olar
ki, övladlarının gələcək taleyini düzgün istiqamətləndirib və ən əsası ölkə qanunlarına
hörmətlə yanaşsınlar.
Əvəz Mahmudov
Sumqayıt
şəhər 25 №li tam
orta məktəbin
direktoru
Комментарии
Отправить комментарий