Ordadı...



      Ordadı...

Mən niyə yanıram o dağlar üçün,
İmanım ordadır, dinim ordadı.
Orda cücərmişəm, orda bitmişəm,
Dumanım ordadır, çənim ordadır.

Yaman darıxıram o dağlar üçün,
Suyu diş göynədən bylaqlar üçün
Uşaqlığım üçün, uşaqlar üçün.
Harayım ordadı, ünüm ordadı.

Tənəzzül dağının loğman havası,
Nənəmin şipşirin nağıl dünyası,
Beynimi dincəldən ana laylası,
Dəqiqəm, saniyəm, anım ordadır.

Nadanlar pozdular düz əhdi, andı,
Yüz ildə millətim yüz yol sınandı,
Ürəyim vətəndən çətin sınandı,
Ürəyim ordadı, canım ordadı.

Gəlir xəyalıma o gözəl anlar,
Mənim bu dərdimi dərd bilən anlar.
Sizə qurban olum igid cavanlar,
Məlhəm qoyulası yanım ordadı.

Qaybalı təpəsi, Gəlin qayası,
Məhv oldu babamın yonca tayası,
Getdi el-obanın abır-həyası,
Nahaqdan tökülən qanım ordadı.


O qara buludun yolunu kəsin,
Qoymayın yağılar gülümü dərsin.
Verin quduzların layıqlı dərsin,
Məkanım ordadı, kanım ordadı.



Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri