Bir ürəyin içində


Bir ürəyin içində
Allah, məni bədnəzədən sovuşdur.
Pərvazlanım gül-çiçəyin içində
Allah, məni sevgilimə qovuşdur,
Ömür sürək bir ürəyin içində.

Pərvanə tək vurulmaram hər şama,
Dan söküldü günəş çıxdı qarşıma.
Inam ilə saf tum əkdim pərşuma,
Bir istəyin, bir diləyin içində.

Ay insafsız, Əvəz kimi yar hanı?
Ocaq sönüb, külü qalıb, qor hanı?
Çardaq uçub, o gördüyün var hanı?
Itib-batdın, sərt küləyin içində.


Комментарии

Популярные сообщения из этого блога

Sumqayıt haqqında şeirlər

N. Gəncəvinin əxlaqi-etik baxışları

Əvəz Mahmud Lələdağ Şeirləri