O çiçəyi ayaqlama
O çiçəyi ayaqlama
O
çiçəyi ayaqlama, ay dəli,
O
çiçəkdə sevənlərin gözü var.
Eşqin
odu tezə yanır tacında,
Dodağında
məhəbbətin közü var.
O
çiçəyi ayaqlama, ay dəli,
Didəsinə
şeh damcısı düşməyib.
Yanağına
yar nəfəsi dəyməyib.
O
sütüldü, düzəməlli bişməyib.
O
qönçələr sevənləri səsləyir,
Nəsillərə
deyiləsi sözü var.
O
bətnində gül balalar bəsləyir,
Ürəyində
neçə dərdin izi var.
Bu
torpağın damarında qandı o,
Gəl
baş əyək, bu müqəddəs torpağa.
Könüllərə
sevincdir o, candır o,
Cəhd
eləmə o çiçəyi qırmağa!
O
çiçəyi ayaqlama birdə sən,
Sinəində
Xocalının dərdi var.
Bu
dəhşətli faciəni bilməsin,
O
bizlərə daha böyük dərd olar.
O
çiçəyi ayaqlama, ay dəli!
Комментарии
Отправить комментарий